Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib: Ölən və yaralılar var +ADLAR

Ağır qəza baş verib: Ölən və yaralılar var +ADLAR

REDAKTORUN SEÇİMİ

410

17.06.2024, 16:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

 

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

 

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

 

Əhaliyə xəbərdarlıq edildi:İyunun 18-i gündüzdən...