Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
530
26.01.2024, 09:13
Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Zərdab rayonun 4 nəfər sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.
Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında rayonun 1 sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11 000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.
Zərərçəkmişlərə ümumilikdə 22 000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.
Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.
20:57 / 28 Noyabr 2026
32
20:40 / 28 Noyabr 2026
68
20:24 / 28 Noyabr 2026
80
20:16 / 28 Noyabr 2026
96
20:04 / 28 Noyabr 2026
90
19:43 / 28 Noyabr 2026
101
19:36 / 28 Noyabr 2026
99
19:20 / 28 Noyabr 2026
97
19:08 / 28 Noyabr 2026
109
18:59 / 28 Noyabr 2026
123
18:48 / 28 Noyabr 2026
109
18:35 / 28 Noyabr 2026
111
18:30 / 28 Noyabr 2026
112
18:16 / 28 Noyabr 2026
136
17:43 / 28 Noyabr 2026
128
16:40 / 28 Noyabr 2026
175
16:35 / 28 Noyabr 2026
146
16:07 / 28 Noyabr 2026
147
15:49 / 28 Noyabr 2026
639
15:41 / 28 Noyabr 2026
243
15:07 / 28 Noyabr 2026
253
14:55 / 28 Noyabr 2026
187
14:38 / 28 Noyabr 2026
347
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.