Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
673
19.01.2024, 21:21
Yanvarın 12-dən bəri ABŞ-da qar fırtınası və qütb soyuqluğu səbəbindən həyatını itirənlərin sayı 43-ə yüksəlib. Aramsız qar yağması və soyuq hava səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da yüzlərlə aviareys təxirə salınıb, minlərlə ev və iş yeri işıqsız qalıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Yanvarın 12-dən bəri davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatı təsir edən soyuq hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 43-ə yüksəldiyi bildirilib.
Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.
Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhərinin ətrafına 75 santimetrdən çox qar yağdığını, avtomobillə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirdi.
Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir. Uçuş trafikini izləyən FlightAware internet saytının məlumatına görə, ABŞ-da günlərdir yüzlərlə reys təxirə salınıb, minlərlə reys isə gecikib.
Müəllif: Nigar
23:56 / 28 Noyabr 2026
21
23:47 / 28 Noyabr 2026
30
23:36 / 28 Noyabr 2026
183
23:13 / 28 Noyabr 2026
107
22:57 / 28 Noyabr 2026
101
22:29 / 28 Noyabr 2026
121
22:11 / 28 Noyabr 2026
106
22:01 / 28 Noyabr 2026
114
21:50 / 28 Noyabr 2026
121
21:34 / 28 Noyabr 2026
120
21:22 / 28 Noyabr 2026
137
20:57 / 28 Noyabr 2026
204
20:40 / 28 Noyabr 2026
150
20:24 / 28 Noyabr 2026
141
20:16 / 28 Noyabr 2026
151
20:04 / 28 Noyabr 2026
155
19:43 / 28 Noyabr 2026
159
19:36 / 28 Noyabr 2026
155
19:20 / 28 Noyabr 2026
145
19:08 / 28 Noyabr 2026
163
18:59 / 28 Noyabr 2026
178
18:48 / 28 Noyabr 2026
165
18:35 / 28 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.