Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
655
15.01.2024, 10:54
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu24.com-a bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq tövsiyə olunur.
Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.
Paytaxt məktəbləri üzrə dislokasiya
01:31 / 29 Noyabr 2026
1
01:22 / 29 Noyabr 2026
46
00:11 / 29 Noyabr 2026
117
23:56 / 28 Noyabr 2026
254
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
398
23:13 / 28 Noyabr 2026
141
22:57 / 28 Noyabr 2026
133
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
134
22:01 / 28 Noyabr 2026
139
21:50 / 28 Noyabr 2026
156
21:34 / 28 Noyabr 2026
147
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
181
20:04 / 28 Noyabr 2026
188
19:43 / 28 Noyabr 2026
196
19:36 / 28 Noyabr 2026
189
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.