Qaynar xətt:

(+99450) 247 90 86

Xankəndiyə güclü qar yağır - VİDEO 

Xankəndiyə güclü qar yağır - VİDEO 

QARABAĞ

1074

19.01.2026, 11:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb.

 

Oxu24.com bildirir ki, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hazırda müvafiq  qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Bildirilib ki, kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb.

 

Qeyd edilib ki, hava şəraiti şəhərdə nəqliyyatın hərəkətində hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir.

 

Xankəndidən qar görüntülərini təqdim edirik: