Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
288
07.10.2024, 14:19
Şəmkirli iş adamı, sabiq prokurorluq işçisi İbadət Məhərrəmovla Ağstafa rayonu, Köçəsgər kənd sakini Mehman Məmmədov arasındakı çəkişmə get-gedə daha da dərinləşməkdə davam edir.
Oxu24.com CityPost.az saytına istinadən xəbər verir ki,M.Məmmədovun iddiasına görə,İ.Məhərrəmov onun həbsdə olan oğlunun azadlığa çıxması üçün 58 min manat və 4500 ABŞ dolları məbləğində pulunu ələ keçirib və bunun müqabilində oğluna heç bir hüquqi və mənəvi yardım göstərməyib. Nəticədə aldadıldığını başa düşən M.Məmmədov verdiyi pulları geri tələb etsə də,İ.Məhərrəmov onun israrlı tələblərini qulaq ardına vurub. Əlacsız qalan M.Məmmədov İ.Məhərrəmovun qanunsuz hərəkətlərindən və özbaşnalığından hüquq-mühafizə orqanlarına şikayət edib.
M.Məmmədovun şikayəti hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. İşin istintaqı xüsusilə mühüm işlər üzrə müstəntiq Azər Kazımova həvalə edilib. İbadət Məhərrəmovun oğlanları Yamin,Ramin və Əli Məhərrəmovlar atalarından etdiyi şikayəti geri götürməyi Mehman Məmmədovdan tələb etmiş, hətta Mehman Məmmədova hədə-qorxu gələrək ona xəsarət yetirəcəklərini bildiriblər. Məhz, bu səbəbdən M.Məmmədov onların hərbi xidmətdən yayınmalarına dair müxtəlif instansiyalara müraciət edərək məsələni sosial şəbəkələrdə ictimailəşdirib.
M.Məmmədovun şikayət ərizəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində və Şəmkir Hərbi Prokurorluğunda araşdırılıb.
Həmçinin oxuyun
Araşdırma nəticəsində İ.Məhərrəmovun oğlanlarının müxtəlif xəsətliklərdən əziyyət çəkdikləri üçün hərbi xidmətə yarasız olduqları ortaya çıxıb. Qərardan narazı qalan Mehman Məmmədov məsələnin Respublika Hərbi Prokurorluğunda araşdırılmasından ötrü Azərbaycan Respublikasının Hərbi prokuroru, Ədliyyə general-leytenantı Xanlar Vəliyevə müraciət ünvanlayıb:
“Məhərrəmov qardaşlarının heç bir ciddi xəstəlik daşıyıcısı olmadıqlarına tam əminəm.Onlar rayonda atalarına məxsus ayrı-ayrı böyük ticarət obyektlərini idarə edirlər. Xəstə adamlar belə ağır məsuliyyətin altına girə bilməzdilər axı.. İdmançı cüssəli qardaşlar hər üçü sadəcə xidmətdən yayınmaqdan ötrü nəyinsə hesabıma saxta tibbi ekspertiziya rəyləri ala biliblər. Əgər onlar həqiqətən xəstədirlərsə,nə üçün pensiya almırlar? Onlara verilmiş xəstəlik tarixçəsi komission qaydada nəzarətiniz altında araşdırılsa hər şey tez bir zamanda aydınlaşasacaq, mənim dediklərim yerini tutacaq.
Şəmkir Hərbi Prokuroru ədliyyə polkovnik- leytenantı İlham Babayev tərəfindən çıxarılmış 23 sentyabr 2024-cü il tarixli qərarı hüquqa zidd və qanunsuz hesab edirəm. Odur ki,Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərarın yenidən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda nəzarətiniz altında araşdırılmasına göstəriş verməyinizi, Sizdən xahiş edirəm.”, deyə M.Məmmədov müraciətində qeyd edib.
11:07 / 11 Avqust 2025
Pensiya alanlara ŞAD XƏBƏR
3
11:04 / 11 Avqust 2025
Baş prokuror Xaçmaza gedir
8
10:45 / 11 Avqust 2025
Britaniya Ukraynanın ərazilərini Rusiyaya verməkdən imtina etməsini tənqid edir
14
10:41 / 11 Avqust 2025
Netanyahu Qəzza müharibəsinə son qoymağın “ən yaxşı yolu” adlandırıb
13
10:32 / 11 Avqust 2025
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
93
10:09 / 11 Avqust 2025
Soyuq havalarda dırnaq ətrafında göbələk riski artır – Xalq təbabətinə əsaslanan 3 effektiv üsul
20
10:07 / 11 Avqust 2025
İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər - ŞƏRH
311
10:02 / 11 Avqust 2025
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək
83
09:56 / 11 Avqust 2025
Zəlzələ məscidin minarəsini dağıtdı
23
09:51 / 11 Avqust 2025
“Bütün Ukraynanın dua etdiyi” məlum olub
23
09:50 / 11 Avqust 2025
Saç əkdirməyə ehtiyac yoxdur - 3 aya tük çıxardır
25
09:42 / 11 Avqust 2025
Rubl görün neçəyə oldu
29
09:40 / 11 Avqust 2025
Xroniki bel ağrılarının qarşısını almağın açarı: Gündə 100 dəqiqə sadə gəzinti
26
09:30 / 11 Avqust 2025
Bu gün ali məktəblərə ixtisas seçimi başlayır - BU LİNKDƏN İSTİFADƏ EDİN!
99
09:30 / 11 Avqust 2025
Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini
26
09:20 / 11 Avqust 2025
Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?
28
09:10 / 11 Avqust 2025
İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ Video
26
09:00 / 11 Avqust 2025
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əlləri ilə öldürdü - Video
41
08:56 / 11 Avqust 2025
Zəlzələ Türkiyəni bu hala saldı - DRON GÖRÜNTÜLƏRİ YAYILDI
435
08:36 / 11 Avqust 2025
Bu yollara girməyin!
25
02:24 / 11 Avqust 2025
Türkiyədə güclü zəlzələ oldu - Ölən var - YENİLƏNİB - VİDEO - FOTO
72
23:57 / 10 Avqust 2025
Bu davranışlar gənc yaşda infarkta səbəb olur
83
23:27 / 10 Avqust 2025
Bakıda ŞOK! Arvad ərin başını kəsib? - VİDEO
2737
23:08 / 10 Avqust 2025
DYP əlini pəncərədən çölə çıxaran sürücülərin hansı halda cərimələnəcəyini AÇIQLADI
726
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.