Tanınmış aktrisa ailə qurdu -Toy bu TARİXDƏ...
15 May 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1728
03.04.2026, 11:48
Xalq artisti Brilliant Dadaşova canlı yayımda müzakirədə mərhum sənətkar İlhamə Quliyeva və Nazpəri Dostəliyeva ilə bağlı illərdir gizli qalan məqamlara aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, sənətçi vaxtilə İlhamə Quliyevadan gələn gözlənilməz təklifdən və Nazpəri Dostəliyeva ilə olan münasibətlərindən danışıb.
"Oğlumun toyuna dəvət etdi, amma..."
B. Dadaşova bildirib ki, bir müddət İlhamə Quliyeva tərəfindən xoş olmayan münasibətlə üzləşib. O, prodüser Tolik (Tarix Əliyev) vasitəsilə gələn dəvətdən bəhs edərək deyib:
"Tolik mənə zəng etdi ki, İlhamə xanım səni oğlunun toyuna dəvət edir. Mən də dedim ki, Tolik, axı mən onun oğlunun toyuna nə üçün getməliyəm? O, hər yerdə ağzına gələni danışır, mənə qarşı pisliklər edir. Halbuki, mən həmişə onu verilişlərimdə tərifləmişəm, ona sevgimi göstərmişəm. Amma gördüm ki, bu insan hər zaman mənə pisliklə cavab verir”.
"Nazpəri Dostəliyevanı cəzalandırmaq üçün məndən kömək istədi".
Xalq artisti İlhamə Quliyevanın ona Nazpəri Dostəliyeva ilə bağlı etdiyi "əlbir olmaq" təklifini də açıqlayıb:
"Bir dəfə İlhamə mənə zəng etdi. O bilirdi ki, Nazpəri Dostəliyeva mənə qarşı xoş olmayan sözlər yazıb. İlhamə dedi ki, “Mən Nazpərini məhkəməyə vermişəm, istəyirəm sən də mənə qoşulasan, birləşib onu cəzalandıraq”.
Mən isə ona cavab verdim ki, mən heç vaxt kimisə cəzalandırmaq üçün başqası ilə birləşmərəm. Rusca ona dedim ki, “Eto podlost” (Bu, alçaqlıqdır). Bu şərəfsizliyi mən heç vaxt etmərəm. Bundan sonra o, məndən incidi”.
"Anamın yoxluğu ilə məni vurmağa çalışdılar"
Brilliant Dadaşova çıxışında Nazpəri Dostəliyevanın onun haqqında işlətdiyi xoşagəlməz ifadələrə də toxunub. O, xüsusilə valideyn mövzusunun onun üçün çox həssas olduğunu qeyd edib:
"Məni ən yaralı yerimdən — anamın yoxluğu ilə vurmağa çalışdılar. Kiçik yaşlarımdan anasız böyümüşəm, bu mövzuya toxunulması mənə çox ağır gəldi.
Haqqımda deyirdilər ki, guya kimlərsə mənə toylarda oxumağa icazə verir, ya vermir. Bizim sənət yollarımız, dünyalarımız tamamilə fərqlidir. Heç bir kəsişmə nöqtəmiz olmayıb”.
Xoşqədəm Hidayətqızının əlindəki sübutlar
Sənətçi həmçinin qeyd edib ki, Nazpəri Dostəliyevanın onun haqqında dediyi ağır sözlər teleaparıcı Xoşqədəm Hidayətqızı tərəfindən lentə alınıb və sübut kimi saxlanılıb. Dadaşova bütün bu intriqalara rəğmən hər zaman məsafəli və təmkinli qalmağa üstünlük verdiyini bildirib.
Oxu24.com xəbər verir ki, Brilliant Dadaşovanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Çimnaz Telmanqızı
15:34 / 16 May 2026
66
15:15 / 16 May 2026
261
15:13 / 16 May 2026
80
14:31 / 16 May 2026
68
14:25 / 16 May 2026
72
14:15 / 16 May 2026
75
13:55 / 16 May 2026
88
13:33 / 16 May 2026
79
13:29 / 16 May 2026
281
13:25 / 16 May 2026
76
13:15 / 16 May 2026
76
12:55 / 16 May 2026
87
12:54 / 16 May 2026
358
12:39 / 16 May 2026
2260
12:36 / 16 May 2026
91
12:29 / 16 May 2026
87
12:27 / 16 May 2026
85
12:15 / 16 May 2026
87
12:11 / 16 May 2026
252
12:00 / 16 May 2026
95
11:57 / 16 May 2026
87
11:42 / 16 May 2026
94
11:40 / 16 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.