Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
895
04.02.2026, 16:46
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa ölkədə müxtəlif dövlət qurumlarında aparılan kütləvi ixtisarlarla bağlı narahatlığını ifadə edib.
Oxu24.com xəbər verir ki,deputat bildirib ki, hazırda metroda, Xəzər Dəniz Gəmiçiliyində və digər sahələrdə, o cümlədən kommunal sektorda xeyli sayda işçi ixtisar olunur.
Onun sözlərinə görə, büdcəyə düşən yükün azaldılması məqsədilə müəyyən problemlərin həlli başa düşüləndir, lakin bu prosesin nəticəsində yüzlərlə insanın işsiz qalması ciddi sosial risklər yaradır.
Fazil Mustafa qeyd edib ki, işdən azad olunan şəxslər ya alternativ iş yerləri ilə təmin edilməli, ya da sosial müavinətlərlə dəstəklənməlidir.
Lakin müavinətlərin verilməsində də müəyyən məhdudiyyətlərin olduğunu xatırladan deputat vurğulayıb ki, bu məsələ kompleks və düşünülmüş şəkildə həll olunmalıdır.
Deputat, xüsusilə metroda ixtisar olunan işçilərlə bağlı verilən vədlərin yerinə yetirilmədiyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, işçilərə başqa şirkətlərdə işlə təmin olunacaqları bildirilsə də, sonradan həmin qurumlar belə bir razılaşmanın olmadığını deyirlər. Nəticədə 100–200-dən artıq insan işsiz qalır.
Fazil Mustafa qeyd edib ki, bu cür vəziyyət cəmiyyət üçün ağır yükdür və problemin vaxtında həll olunmaması gələcəkdə dövlət üçün ciddi təhlükələr yarada bilər. Deputat məsələ ilə bağlı aidiyyəti qurumların diqqətli olmasının vacibliyini vurğulayıb.
Miri Məcidli
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.