Laricaninin öldüyü yerdən - Görüntülər
18 Mart 2026, 14:29
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2129
03.02.2026, 18:39
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar "izi" itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400 min manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
Həmçinin oxuyun
22:11 / 19 Mart 2026
17
21:41 / 19 Mart 2026
35
21:30 / 19 Mart 2026
43
21:19 / 19 Mart 2026
159
21:06 / 19 Mart 2026
104
20:59 / 19 Mart 2026
49
20:53 / 19 Mart 2026
2413
20:40 / 19 Mart 2026
69
20:30 / 19 Mart 2026
161
20:19 / 19 Mart 2026
181
20:18 / 19 Mart 2026
58
20:14 / 19 Mart 2026
563
20:03 / 19 Mart 2026
1712
20:00 / 19 Mart 2026
77
19:55 / 19 Mart 2026
132
19:53 / 19 Mart 2026
80
19:52 / 19 Mart 2026
151
19:51 / 19 Mart 2026
240
19:50 / 19 Mart 2026
2986
19:49 / 19 Mart 2026
127
19:30 / 19 Mart 2026
121
19:21 / 19 Mart 2026
81
19:18 / 19 Mart 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.