"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1022
21.05.2026, 14:59
Məşhur aktrisa Vəfa İsmayılova Hit.az-a müsahibə verib.
Hazırda “ATV” telekanalında yayımlanan “İki qapı arasında” serialında çəkilən aktrisa 4 fərqli sualımızı səmimiyyətlə cavablayıb. Ekran işində “Sevgi” obrazına həyat verən sənətçi həm serialdan, həm də karyerasından danışıb. O, Azərbaycan seriallarının keyfiyyətinin aşağı olması məsələsinə də münasibət bildirib.
Sözügedən müsahibəni təqdim edirik:
- Vəfa xanım, “İki qapı arasında” serialı necə gedir? İnsanların reaksiyası necədir?
- “İki qapı arasında” serialı çox maraqlı və dinamik şəkildə davam edir. Sevindirici haldır ki, tamaşaçılardan çox gözəl reaksiyalar alırıq. Sosial şəbəkələrdə insanların obrazlar haqqında müzakirə aparması, hadisələrə münasibət bildirməsi bizim üçün ən böyük motivasiyadır. Demək olar ki, izləyicilər artıq serialdakı personajlarla yaşayırlar.
- Eyni vaxtda bir neçə layihədə rol almaq sizi yormur?
- Açığı, eyni anda bir neçə layihədə çalışmaq həm fiziki, həm də psixoloji baxımdan yorucudur. Lakin insan öz işini sevəndə o yorğunluq bir az ikinci plana keçir. Əsas məsələ odur ki, hər obraza ayrıca enerji və yanaşma verə biləsən. Mən də çalışıram ki, hansı layihədə oluramsa-olum, tamaşaçı qarşısına keyfiyyətli iş çıxarım.
- Nə üçün müasir dövrdə Azərbaycanda sosial şəbəkələrdə çəkilən qısa videolar serial və film səhnələrindən daha çox baxılır?
- Çünki sosial şəbəkələrdə yayılan qısa videolar daha sürətli istehlak olunur. İnsanlar artıq uzun müddət diqqəti bir nöqtədə saxlamaqda çətinlik çəkirlər. Qısa videolar isə bir neçə saniyəyə emosiyanı ötürür, gündəmə düşür və daha rahat paylaşılır. Amma bu o demək deyil ki, serial və kino dəyərini itirib. Sadəcə tamaşaçı vərdişləri dəyişib və biz də bu dəyişikliklə ayaqlaşmağa çalışırıq.
- İzləyicilərin əksəriyyəti ölkəmizdə çəkilən seriallardan narazıdır. Konkret olaraq keyfiyyətin çox aşağı olması tənqid olunur. Bu işin içində olan biri olaraq siz nə deyə bilərsiniz? Sizin bu sektorda ən böyük narazılıqlarınız nələrdir?
- Tənqidlərin müəyyən hissəsi ilə razıyam. Çünki keyfiyyətli iş üçün təkcə aktyor kifayət etmir. Güclü ssenari, peşəkar texniki heyət, vaxt və normal büdcə lazımdır. Təəssüf ki, bəzən bu sahədə imkanlar məhdud olur və nəticə də istənilən səviyyədə alınmır.
Məncə, ən böyük problemlərdən biri işə tələskən yanaşılması və bəzi hallarda keyfiyyətdən çox sürətə üstünlük verilməsidir. Lakin yenə də bu sahədə çox istedadlı insanlar var. Düşünürəm ki, zamanla Azərbaycan serial sektorunda daha güclü işlər görəcəyik.
15:50 / 11 Noyabr 2026
1
15:50 / 11 Noyabr 2026
6
15:40 / 11 Noyabr 2026
26
15:31 / 11 Noyabr 2026
124
15:27 / 11 Noyabr 2026
215
15:13 / 11 Noyabr 2026
87
15:07 / 11 Noyabr 2026
104
14:51 / 11 Noyabr 2026
101
14:43 / 11 Noyabr 2026
152
14:39 / 11 Noyabr 2026
154
14:36 / 11 Noyabr 2026
93
14:26 / 11 Noyabr 2026
225
14:13 / 11 Noyabr 2026
700
13:58 / 11 Noyabr 2026
272
13:54 / 11 Noyabr 2026
530
13:48 / 11 Noyabr 2026
153
13:44 / 11 Noyabr 2026
205
13:41 / 11 Noyabr 2026
113
13:33 / 11 Noyabr 2026
267
13:27 / 11 Noyabr 2026
180
13:19 / 11 Noyabr 2026
108
13:13 / 11 Noyabr 2026
113
12:57 / 11 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.