Qaynar xətt:

(+99450) 247 90 86

LGBT-ni təbliğ edilənlər həbs olunacaq — Azərbaycanda hansı tədbirlər görülə bilər? — Sosioloqla MÜZAKİRƏ  

LGBT-ni təbliğ edilənlər həbs olunacaq    —   Azərbaycanda hansı tədbirlər görülə bilər?   —   Sosioloqla MÜZAKİRƏ  

MÜSAHİBƏ

165

20.02.2026, 11:54

Bir neçə gün əvvəl Türkiyədə LGBT ilə bağlı hazırlanan yeni qanun layihəsi haqqında xəbərlər Azərbaycanda geniş müzakirələrə səbəb oldu. Sənəddə bildirilir ki,  LGBT-ni açıq şəkildə təşviq və ya təbliğ edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Oxu24.com-un bu mövzudakı suallarını sosioloq Sadiq Rüstəmli  cavablandırıb.

-Ailə dəyərlərini  yüksək qiymətləndirən Azərbaycan ictimaiyyəti hazırda çox təəssüf ki,  “LGBT” adlı  problem ilə üz-üzə qalıb. Bu niyə baş verdi?

-Son illər Google Maps-də “LGBT dostu” məkan işarələri, Netflix, Disney və Prime kimi qlobal platformalarda LGBT təbliğatı və subniminal xarakterli teleserial,filmlərdə homoseksual obrazların daha açıq şəkildə təqdim olunması diqqət çəkir. 

 Homoseksualizm və ya homoseksuallığı mütəxəssislər belə xarakterizə edir:”Eyni cinsdən olan insanlar arasında romantik, cazibə və cinsi davranış homoseksuallıq, bir oriyentasiya olaraq qəbul edilir. Tutaq ki, kişi cinsindən olan biri özü ilə eyni cinsdə olan insanlara maraq göstərir. Bu qrup insanlar özlərinə  hətta  6 rəngdən ibarət bir bayraq da yaradıblar. Adını da LGBT bayrağı və ya "gey qürur bayrağı" qoyublar. Dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (LGBT), bu tip insaların hüquqlarını qoruyur təşkilat olaraq, beynəlmiləl rəmz kimi təqdim edilir. Bir çox ölkələr bu təşkilatı  qanuni şəkildə qoruyur.

-Xatırlayıram, 2015-ci ildə ABŞ prezidenti olmuş Barak Obama eynicinslilərin evliliyinin qanuni olduğunu açıqlayan qərarı təqdirəlayiq adlandırmışdı. O, özünün sosial şəbəkə hesabındakı  açıqlamasında “eşq qazandı” şəklində fikirlər yazmışdı. O vaxtdan bu  proses Azərbaycanda da bir növ məçhurluq tapdı.

-Bu tendensiya təkcə Azərbaycanda deyil, qloballaşan dünyanın bir çox cəmiyyətlərində mədəni gərginliklər yaradır.Sosioloji baxış bu prosesi belə xarakterizə  edir:Sosiologiyada bu proses qloballaşma, mədəni transfer və normativ dəyişmə anlayışları ilə izah olunur. Ənənəvi ailə modeli Azərbaycan cəmiyyətində ailə institutu tarixən heteroseksual nikah, nəsil davamlılığı və ictimai məsuliyyət üzərində qurulub. Qərb mənşəli fərdiyyətçi həyat tərzinin mediada normallaşdırılması bu modelin mənəvi mərkəzini zəiflədə bilir. Kollektiv identiklikdən fərdi identikliyə keçid ənənəvi cəmiyyətlərdə “biz” anlayışı üstünlük təşkil edir. Qlobal media isə “mən kiməm, necə yaşamaq istəyirəm” sualını önə çıxarır. Bu, kollektiv dəyərlərlə fərdi azadlıqlar arasında ziddiyyət yaradır. Normallaşdırma effekti Sosiologiyada tez-tez təkrarlanan obrazlar “normal” qəbul edilir. Serial və filmlərdə alternativ cinsi kimliklərin davamlı vurğulanması cəmiyyətdə “bu artıq adi haldır” təsəvvürü yarada bilər. 

- Ən pisi də odur ki, homoseksualizm Ümumdünya Səhiyyə Toplanısında xəstəliklər sırasından çıxarılıb.Homoseksuallığı psixoloji xəstəlik də adlandırmaq şansımız yoxdur.

-Bu zümrənin adamlarına psixoloji baxış belədir: Şəxsiyyət formalaşmasına təsir Psixologiyada xüsusilə yeniyetməlik dövrü həssas mərhələ hesab olunur. Rol modelləri yeniyetmələr identikliklərini formalaşdırarkən mediada gördükləri obrazlarla özlərini müqayisə edirlər. Güclü psixoloji filtr olmadıqda bu, identiklik qarışıqlığına səbəb ola bilər. Sosial təsdiq ehtiyacı sosial mediada və populyar mədəniyyətdə qəbul edilən davranışlar gənclər üçün “təsdiqlənmiş” modelə çevrilir. Bu isə daxili dəyərlərlə xarici təsirlər arasında konflikt yarada bilər. 

-Bu proses  daha  hansı dəyərləri sarsıda bilir?

- Müsəlman cəmiyyətlərdə  bu  daha ağır problemlər yaradır. Ailənin sosial institut kimi nüfuzunu, nəsil və kültür davamlılığı anlayışını, cəmiyyətin mənəvi sərhədlərini, sosial normların avtoritetini laxlada,hətta darmadağın edə bilmək gücündədir.Burada vurğulanmalı məqam budur: Məsələ fərdlərin varlığı deyil, hansı davranışların ictimai norma kimi təqdim olunmasıdır.

-Sosioloq olaraq necə düşünürsünüz, bu prosesin qarşısını necə almaq olar?

- Bunun üçün  heç də radikal deyil, rasional yollardan istifadə etmək lazımdır. Media savadlılığı burada ən əsas  amildir. Yəni, qadağa olmamalıdır. Çünki, belə insanların üzərinə gedərkən onlar daha aqressivləşir, hətta intihara əl atırlar. Onları bu yoldan çəkindirmək üçün mütləq  şərh etmə, izah etmə bacarığı formalaşdırılmalıdır. 

İkinci addım isə milli mədəni kontentin gücləndirilməsi: Yerli seriallar və filmlərdə ailə və mənəvi dəyərlər müasir dillə təqdim edilməlidir. 

Vacib olan üsullardan biri də ailə daxilində açıq dialoq, valideyn–övlad arasında sağlam izah mühiti qurulmalıdır. 

Təhsil sistemində dəyər yönümlü psixoloji tərbiyə bu prosesin əngəllənməsində daha önəmli bir yer tutur. Mənəvi immunitet gücləndirilməlidir. Nəticə olaraq bu mövzuya yanaşmada əsas risk ya tam inkar, ya da kor-koranə qəbul mövqeyidir. Sağlam mövqe — öz milli-mənəvi dəyərlərini qoruyaraq qlobal təsirləri tənqidi süzgəcdən keçirməkdir. Cəmiyyətlər qapalı qalmaqla deyil, öz kimliyini möhkəmləndirməklə davamlı ola bilir.

 - Sadiq müəllim ətraflı şərhə görə təşəkkür edirik. 

 Əntiqə Rəşid