Bir kərə yüksələn bayrağın sönməyən işığı: RƏSULZADƏ - 142
31 Yanvar 2026, 18:23
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1111
09.11.2025, 13:52
Bu gün Azərbaycan xalqının milli simvolu – üçrəngli bayrağımızın şərəf və qürur günü qeyd olunur. Bayraq təkcə simvol deyil, o, tariximizin, mübarizəmizin və şəhidlərimizin qanı ilə yoğrulmuş mənəvi bir dəyərdir. Hər bir rəngi xalqımızın azadlıq və vətənpərvərlik ruhunu, hər dalğalanışı isə birlik və sadiqliyi simvolizə edir.
Bayraq Günü, yalnız dövlət rəmzimizə hörmətin ifadəsi deyil, həm də millətimizin birliyinə, iradəsinə və gələcəyə olan ümidinə həsr olunmuş əziz gündür.
Hər bir şair, qələm sahibi üçün vətənini, torpağını, elini, bayrağını vəsf etməkdən, onlara şeir həsr etməkdən daha böyük qürur ola bilməz.
Bir çox məşhur sənətçilərin,qiraətçilərin,şairlərin səsləndirdiyi "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi şair Şəmsi Vəfadar Oxu24.com-a əsərin yaranması tarixçəsindən danışıb.
"Azərbaycan bayrağını harada dalğalanan görsəm, özümə hakim ola bilmirəm, qürur hissi ürəyimə dolur və kövrəlirəm. Mənim üçün o rənglər, xüsusilə qırmızı, şəhidlərimizin qanını xatırladır. Hər dəfə bayrağın yüksəlişini görəndə düşünürəm ki, bu ucalış üçün canını fəda edən oğullar və dua edən analar var.
Tələbə ikən, 1988-ci illərdə, insanlar Azərbaycan bayrağını çox vaxt tanımırdılar, soruşurdular: “Bu haranın bayrağıdır?” Sonralar isə hamı öyrəndi və onu tanıdı. Mən jurnalist kimi Elmlər Akademiyasının elmi qəzetində işləyəndə Ziya Bünyadovun kabinetində həm sovet bayrağı, həm də Azərbaycan bayrağının birlikdə olduğunu görmüşdüm. Belə vətənpərvər insanlar çox idi.
Həmçinin oxuyun
O dövrdə bayraq istehsalı kütləvi deyildi. Bəzi insanlar isə öz evlərində əl ilə bayraq tikirdilər. Yadımdadır ki, Ramiz adlı bir müəllimim vardı; İsmayıllının Baskallı kəndindən idi. Qarajında xüsusi bir yer düzəltmişdi və orada insanlar təmənnasız olaraq bayraqlar tikir, onları idarələrə və müəssisələrə paylayırdılar.O illəri canlı yaşayan bir insan kimi məndə hisslər formalaşdı.Elə zəmanənin tələbinə uyğun olaraq bu gün hər kəs tərəfindən sevilən “Ey sevgili bayrağım!” şeirini yazdım. Bu,baş verən təbii proseslər zamanı ortaya çıxan bir şeir oldu.Daha sonra bəstəkar Tamilla Əhmədova bu şeirə musiqi bəstələdi. İstedadlı müğənnimiz Aynur İskəndərli bu musiqini özünə məxsus şəkildə ifa etdi.Bununla da şeirin musiqi ilə birlikdə yeni məşhurluq dönəmi başladı.Bayraq haqqında şeir hər zaman aktualdır.Müəllifi olduğum şeiri kimlərinsə ifasında eşidəndə qürur duyuram.Çünki orada Azərbaycan Bayrağı ifadəsi var",-deyə Şəmsi Vəfadar bildirib.
Pərvanə Əsədova
22:47 / 04 Fevral 2026
1
22:43 / 04 Fevral 2026
13
22:34 / 04 Fevral 2026
21
22:31 / 04 Fevral 2026
18
22:09 / 04 Fevral 2026
368
21:59 / 04 Fevral 2026
37
21:51 / 04 Fevral 2026
31
21:15 / 04 Fevral 2026
458
21:06 / 04 Fevral 2026
42
21:03 / 04 Fevral 2026
95
20:53 / 04 Fevral 2026
48
20:48 / 04 Fevral 2026
236
20:46 / 04 Fevral 2026
69
20:31 / 04 Fevral 2026
339
20:27 / 04 Fevral 2026
53
20:24 / 04 Fevral 2026
135
20:18 / 04 Fevral 2026
123
20:16 / 04 Fevral 2026
84
20:08 / 04 Fevral 2026
85
20:06 / 04 Fevral 2026
415
19:56 / 04 Fevral 2026
443
19:50 / 04 Fevral 2026
57
19:39 / 04 Fevral 2026
331
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.