Aktrisa: “Seriallardakı ən böyük problem keyfiyyətə yox...” - MÜSAHİBƏ
21 May 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1121
07.11.2025, 14:28
"2004-cü ildə Praqada aparılan danışıqlarda əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarından sülh yolu ilə çıxması olub".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai Televiziyada yayımlanan "Təmas xətti" verilişində 2003-2004-cü illərdə Ermənistanla aparılan danışıqları şərh edərkən deyib.
"2004-cü ildə Praqada həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşlər zamanı biz ilk növbədə dedik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürülsün. Onların əsasında elə bir mexanizm qurulmalı idi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın", - deyə sabiq nazir qeyd edib.
Elmar Məmmədyarov həmin dövrdə baş verən Praqa prosesinin mahiyyətinin müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayıb: "Bizim mövqeyimiz ondan ibarət idi ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü çərçivəsində danışıqlar aparılsın. Vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilərə ən yüksək səviyyədə muxtariyyət verməyə hazır idik, amma Azərbaycanın ərazi bütövlüyü daxilində. Müzakirələr "Madrid prinsipləri" modelinə əsaslanırdı".
Sabiq nazir əlavə edib ki, o dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında görüş zamanı tərəflər arasında fikir ayrılıqları yaranıb: "Cənab Prezident mənə bildirdi ki, dünya Ermənistanın ərazi bütövlüyü çərçivəsində mövqe tutmasını istəyir, Koçaryan da bunu başa düşdü. Buna görə də o, prosesdən imtina etməyə başladı, amma bunu açıq şəkildə etmirdi, qorxurdu. Çünki Rusiyadan, ABŞ-dən və Fransadan təzyiqlər var idi. Həmsədrlər gedişatı uzatmaq istəyirdilər - sanki sonsuz bir prosesə çevirmək niyyətində idilər".
Elmar Məmmədyarov həmçinin Ermənistanın ozamankı xarici işlər naziri Edvard Nalbandyanla Parisdə keçirilən görüşü xatırladığını deyib: "Nalbandyan mənə dedi: "İnan, Elmar, bizə çox təzyiq var ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın". Mən isə cavab verdim: "Əgər tanımaq istəyirsinizsə, tanıyın, amma sonra ABŞ, Rusiya və Fransanın üzünə necə baxacaqsınız?" Çünki bu, sülh prosesinin tam dayanması demək olardı".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.