Aktrisa: “Seriallardakı ən böyük problem keyfiyyətə yox...” - MÜSAHİBƏ
21 May 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1229
06.11.2025, 13:27
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev: “Süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesi elmin yeni prioritet istiqamətləridir”
Süni intellekt (Sİ), kibertəhlükəsizlik və müdafiə sənayesinin prioritet sahələrə çevrilməsi elmi institutlar və alimlər üçün həm yeni məsuliyyətlər, həm də yeni hədəflər müəyyənləşdirir. Bu barədə ətraflı məlumatı İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Oxu24.com-a açıqlamasında məlumat verib.
Ekspert qeyd edib ki, Sİ texnologiyalarının həm mülki, həm də müdafiə sahələrində istifadə edilməsi gündəmə gəlir. Yəni eyni texnologiya həm faydalı, həm də zərərli məqsədlərə yönləndirilə bilər. Alimlər və institutlar üçün bu, texnologiyanın yalnız “edilə bilən” olması deyil, həm də “edilməli olan” və “edilməməli olan” – yəni etik, sosial və təhlükəsizlik çərçivəsində istifadə yollarını düşünmək məsuliyyətini ortaya qoyur.
Bəhruz Əliyevin sözlərinə görə, müdafiə sənayesindəki tətbiqlər alimləri yalnız texniki olaraq deyil, həm də mənəvi-etik olaraq suallarla qarşı-qarşıya qoya bilir:
“Kim məsuldur? Yanlış istifadə riski nədir? İnsan nəzarəti necə təmin edilməlidir? və s. Sİ sistemlərinin müdafiə və kibertəhlükəsizlik sahəsində tətbiqi zamanı sistemin nəticələrinin izah edilə bilməsi, qərarlarda insan nəzarətinin qalması və nəticələrə görə məsuliyyətin kimdə olması kimi məsələlər əhəmiyyət qazanır".
Ekspert vurğulayıb ki, elmi institutların və alimlərin məsuliyyəti yalnız “yeni texnologiyaları çıxarmaq” deyil, təhlükəsiz, güvənli və dəyərlərə uyğun şəkildə tətbiq olunmasını təmin etməkdir.
“Məsələn, AI Security Institute (Böyük Britaniya) bu istiqamətdə konkret risk sahələrini təyin etmişdir. Bu isə akademik işin yalnız ‘istehsal’ deyil, həm də ‘təqdim’ mərhələsində məsuliyyət tələb etməsi deməkdir. Nəticələrin ictimaiyyətə, siyasət sahəsinə açıq şəkildə çatdırılması, risklərin və istifadə hallarının aydın izahı lazımlıdır".
Bəhruz Əliyev qeyd edib ki, müdafiə və kibertəhlükəsizlik sahələri daim hərəkətlidir və texnologiya çox sürətlə dəyişir:
“Alimlər üçün məsuliyyət yalnız növbəti layihəni görmək deyil, gələcək manevrləri və mümkün təhlükələri qabaqcadan proqnozlaşdırmaqdır. Sİ modellərinin yaratdığı təhlükələr və imkanları dərindən araşdırmaq, zərərli aktorlara qarşı nəzarət mexanizmləri düşünmək, elmi nəticələrin yanlış əllərə keçmə riskini nəzərə almaq vacibdir.
Bu sahələrdə uğur yalnız bir sahənin tədqiqatı ilə deyil, Sİ, kibertəhlükə, müdafiə sistemi, hüquq, etik və siyasət sahələrinin birgə işləməsi ilə bağlıdır. Elmi institutların bu əməkdaşlığı qurmaq, koordinasiya etmək məsuliyyəti artacaqdır.
Yeni tədqiqatlar göstərir ki, Sİ vasitəsi ilə kiberhücumun sürəti və mürəkkəbliyi artmaqdadır. Hədəf yalnız yeni alqoritm yaratmaq deyil, həm də bu alqoritmin necə işlədiyi, nəticələrə kimin məsul olduğu, sistemin ədalətli olub-olmaması kimi kriteriyaları da əhatə etməkdir. Bu beynəlxalq tədqiqat sahəsinin yeni hədəflərindəndir".
Bəhruz Əliyev sonda əlavə edib ki, bu sahələrdə yetişmiş kadr qıtlığı müşahidə olunur:
“Alim və institutlar üçün gələcək hədəf elmi və texniki kadrları hazırlamaq və təhsil proqramları formalaşdırmaqdır. Həmçinin tədqiqatçılar üçün davamlı peşəkar inkişaf, yeni bacarıqlar təmin etməyə ehtiyac var. Yerli elmi institutlarda və universitetlərdə Sİ və müdafiə-kibertəhlükə sahəsində tədqiqatların təşviqi, dövlət-sənaye-akademiya əlaqələrinin gücləndirilməsi, yerli kadr potensialının artırılması vacibdir".
Pərvin Şakirqızı
14:55 / 23 May 2026
105
14:53 / 23 May 2026
55
14:51 / 23 May 2026
52
11:44 / 23 May 2026
77
11:41 / 23 May 2026
98
11:40 / 23 May 2026
80
10:08 / 23 May 2026
142
01:03 / 23 May 2026
262
00:16 / 23 May 2026
552
00:09 / 23 May 2026
490
00:06 / 23 May 2026
253
00:04 / 23 May 2026
187
00:00 / 23 May 2026
475
23:49 / 22 May 2026
174
23:45 / 22 May 2026
631
23:43 / 22 May 2026
425
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
270
23:30 / 22 May 2026
158
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
202
23:14 / 22 May 2026
215
23:02 / 22 May 2026
1008
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.