Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
7882
29.05.2025, 19:20
Üç Bayraq, Bir Məqsəd: Laçın Zirvəsi regiona nə vəd edir? - Milli Məclisin deputatı Arzu Nağıyev ilə bu mövzuda danışdıq.
Azərbaycanın müasir regional siyasətində yeni mərhələni əks etdirən və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradan Laçında keçirilən üçtərəfli zirvə görüşü ölkəmizin xarici siyasətində və geosiyasi mövqeyində olduqca önəmlidir. Bu mühüm hadisənin 28 May – Respublika Gününə təsadüf etməsi də xüsusi rəmzi və siyasi mənalar daşıyır.
Oxu24.com saytının əməkdaşı Pərvin Şakirqızı bu mövzuda Millət Vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev ilə həmsöhbət olub.
Arzu Nağıyev bu zirvənin siyasi və strateji əhəmiyyətindən, əməkdaşlığın gələcək regional təşəbbüslərə açacağı qapılardan, Azərbaycanın geosiyasi çəkisinin bu formatda necə formalaşmasından və Laçında keçirilən görüşün dünya ictimaiyyətinə ünvanladığı mesajlardan danışdı. Eyni zamanda, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin ölkəmiz üçün çoxşaxəli önəmini diqqətə çatdırdı.
Həmin müsahibəni təqdim edirik:
– Arzu müəllim, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu siyasi və strateji kontekstdə hansı əhəmiyyətə malikdir?
– Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi yalnız infrastruktur layihəsi deyil, bu, strateji, siyasi və iqtisadi baxımdan çoxölçülü əhəmiyyət daşıyan hadisədir.
Birincisi, bu hava limanı Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq və reinteqrasiya siyasətinin konkret nəticəsidir. Bu layihə göstərir ki, biz azad etdiyimiz torpaqlarda qısa müddət ərzində müasir texnologiyalara və beynəlxalq standartlara cavab verən obyektlər tikə bilərik.

İkincisi, bu liman həm mülki, həm də strateji-logistik funksiyaları yerinə yetirəcək. Təkcə sərnişin daşımaları deyil, həm də yüklərin, texnikanın və humanitar resursların daşınması üçün böyük imkan yaradacaq. Bu da regionun iqtisadi dirçəlişinə mühüm təkan verəcək.
Üçüncüsü, geosiyasi baxımdan bu hava limanı Azərbaycanın Cənubi Qafqazda artan rolunun daha bir sübutudur. Laçın regionunun həm Ermənistan, həm də Zəngəzur dəhlizi ilə kəsişmə nöqtəsində yerləşməsi bu obyektin strateji əhəmiyyətini daha da artırır.
Bu hava limanı Azərbaycanın strateji mövqeyini yeni səviyyəyə qaldırır. Təkcə nəqliyyat nöqtəsi deyil, həm də strateji təhlükəsizlik baxımından vacib məkandır. Bu obyekt Azərbaycanın regional təsirinin genişləndirilməsi, həmçinin logistika və müdafiə potensialının artırılması baxımından çox önəmlidir.
Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi, elə həmin gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin orada görüş keçirməsi bir daha göstərdi ki, bu ərazi artıq əməkdaşlıq və inkişaf mərkəzidir. Azərbaycan dövləti təkcə müharibədən qalib çıxmayıb – o, sülh dövrünün də qalibidir. Bu liman – qalibiyyətin, quruculuğun və irəliləyişin rəmzinə çevrilib.
Həmçinin oxuyun
– Laçında keçirilən üçtərəfli zirvənin siyasi və strateji əhəmiyyəti nədir? Görüşün 28 May – Respublika Gününə təsadüfü hansı rəmzi və siyasi mesajı verir?
– Laçında keçirilən üçtərəfli zirvə Azərbaycanın regiondakı nüfuzunun artdığını və strateji mövqeyinin möhkəmləndiyini göstərir. 28 May – Respublika Gününə təsadüf etməsi həm rəmzi, həm də siyasi mesajdır. Bu tarix Azərbaycanın müstəqilliyinin və dövlətçilik ənənələrinin bərpasını simvolizə edir və zirvə də bu müstəqillik kontekstində yeni regional əməkdaşlıq mərhələsinin başlanğıcını elan edir. Bu əhəmiyyətli məkanda dövlətlər bir araya gəlməklə regionda sülh və əməkdaşlığın inkişafı üçün mesaj verdilər.
– Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı gələcəkdə hansı regional təşəbbüslərə yol aça bilər?
– Bu üç ölkə arasında möhkəm strateji tərəfdaşlıq yeni iqtisadi, siyasi və təhlükəsizlik təşəbbüslərinin qapısını açır.
Eyni zamanda, bu əməkdaşlıq Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına, həmçinin geniş regional inteqrasiyaya şərait yaradacaq.
Azərbaycan üçtərəfli əməkdaşlıq formatı vasitəsilə öz geosiyasi mövqeyini gücləndirir və regionda qlobal aktorlarla daha çox əlaqə qura bilir. Bu format ölkəmizə regional sabitlikdə vasitəçi kimi çıxış etmək imkanı verir.
– Laçında belə yüksək səviyyəli görüşün keçirilməsi dünyaya hansı mesajı verir?
– Keçirilən bu görüş regionda yeni əməkdaşlıq və sülh mərhələsinin başlanğıcını göstərir. Bu tədbir dünyaya mesaj verir ki, Azərbaycan yalnız müharibədə qalib gəlməklə kifayətlənmir, həm də bölgənin iqtisadi və siyasi inkişafına rəhbərlik edir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi təmin etməklə yanaşı, müasir infrastruktur qurur və regionu inkişaf etdirir. Bu, həm də dünya ictimaiyyətinə Azərbaycanın dayanıqlı sülhə və regional əməkdaşlığa sadiqliyinin nümayişidir.
– Hörmətli Arzu müəllim, ayırdığınız zaman üçün təşəkkür edirəm.
– Buyurun, xoşdur.
Müsahibəni apardı: Pərvin Şakirqızı
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.