Milli Məclis mühüm qərarlar QƏBUL EDİB
18 Noyabr 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
45
18.11.2026, 11:39
Azərbaycanda noyabrın 17-dən etibarən internetin kəsiləcəyi, bank hesablarındakı vəsaitlərin sıfırlanacağı və əhalinin alış-veriş üçün nağd puldan istifadə etməli olacağı barədə şayiələr yayılır. Sosial şəbəkələrdə yayılan paylaşımlarda hətta qlobal internetin üç ay müddətinə dayandırılacağı iddia edilir.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, sözügedən şayiələrin yayılmasına ABŞ-da noyabrın 17-də yəni bu gün keçirilməsi planlaşdırılan fövqəladə xəbərdarlıq sisteminin sınağı ilə bağlı məlumatlar səbəb olub.
Həmin sınaq sosial şəbəkələrdə təhrif edilərək qlobal internetin dayandırılması, bank sistemlərinə kiberhücum və hesabların sıfırlanması kimi təqdim edilir. Halbuki ABŞ-ın rəsmi qurumlarının açıqlamalarında belə bir plan nəzərdə tutulmayıb.
Yayılan paylaşımlarda iddia olunur ki, hakerlər internetə qoşulmuş sistemləri sıradan çıxaracaq, bank hesablarındakı balanslar sıfır görünəcək. Ardınca isə guya süni intellekt sistemindəki təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün dünyada internet üç ay müddətinə dayandırılacaq.
Lakin bu ssenarini əsaslandıran yoxlanıla bilən texniki məlumat təqdim edilmir.
Noyabrın 17-də əslində nə baş verəcək?
ABŞ Federal Rabitə Komissiyasının (FCC) rəsmi bildirişinə əsasən, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə birlikdə noyabrın 17-də ölkə üzrə Fövqəladə Xəbərdarlıq Sisteminin – EAS-ın sınağı keçiriləcək.
Sınağın məqsədi radio, televiziya, kabel və peyk yayımçıları vasitəsilə fövqəladə xəbərdarlıqların əhaliyə çatdırılmasını yoxlamaqdır. Bu tədbir internetin və ya bank sistemlərinin fəaliyyətinin dayandırılması demək deyil.
Sınaq zamanı radio və televiziya proqramlarında təxminən bir dəqiqəlik fasilə yarana bilər. Mobil telefonlara xəbərdarlıq göndərilməsi isə bu sınağa daxil deyil.
Qlobal interneti üç ay müddətinə dayandırmaq mümkündürmü?
Internet Society təşkilatının izahına görə, qlobal internet müxtəlif şirkətlər, dövlət qurumları, universitetlər və provayderlər tərəfindən idarə olunan on minlərlə müstəqil şəbəkənin birləşməsidir. Onun vahid idarəetmə mərkəzi yoxdur.
Bu səbəbdən sosial şəbəkələrdə yayılan “bütün internetin bir qərarla üç aylıq söndürülməsi” ssenarisi internetin mövcud quruluşunu əks etdirmir.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də noyabrın 17-də bank hesablarının sıfırlanacağı və internetin üç ay müddətinə kəsiləcəyi barədə məlumatları əsassız adlandırıb. Mərkəzin bildirdiyinə görə, paylaşımlarda istifadə olunan fövqəladə hallara hazırlıq tövsiyələrinin həmin tarixə və iddia edilən kiberhücuma aidiyyəti yoxdur.
Beləliklə, noyabrın 17-də qlobal internetin dayandırılacağı, bank hesablarındakı vəsaitlərin silinəcəyi və əhalinin üç ay nağd pulla yaşamalı olacağı barədə yayılan məlumatlar təsdiqlənmir. Sosial şəbəkələrdəki paylaşımlar ABŞ-da keçiriləcək texniki sınaqla bağlı məlumatların təhrif olunmuş təqdimatına əsaslanır.
11:49 / 18 Noyabr 2026
15
11:43 / 18 Noyabr 2026
30
11:35 / 18 Noyabr 2026
55
11:32 / 18 Noyabr 2026
64
11:22 / 18 Noyabr 2026
263
11:19 / 18 Noyabr 2026
75
11:15 / 18 Noyabr 2026
65
11:13 / 18 Noyabr 2026
60
11:11 / 18 Noyabr 2026
394
11:08 / 18 Noyabr 2026
68
10:21 / 18 Noyabr 2026
84
10:18 / 18 Noyabr 2026
94
10:14 / 18 Noyabr 2026
90
10:01 / 18 Noyabr 2026
93
09:11 / 18 Noyabr 2026
104
08:32 / 18 Noyabr 2026
127
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
169
23:36 / 17 Noyabr 2026
203
23:10 / 17 Noyabr 2026
193
23:03 / 17 Noyabr 2026
366
22:45 / 17 Noyabr 2026
208
22:22 / 17 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.