Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
624
08.07.2026, 15:38
Yer kürəsində elə bir coğrafi məkan var ki, orada dayansanız, sizə ən yaxın insanlar quruda deyil, məhz kosmosda – orbitdə dövr edən astronavtlar olacaq. Sakit okeanın tam mərkəzində yerləşən və qurudan ən uzaq məsafədə qərarlaşan bu ərazi “Nemo nöqtəsi" adlanır.
Oxu24.com xəbər verir ki, bəzi alimlər buradakı mühiti Mars planetinin şəraitinə bənzədirlər.
Nemo nöqtəsi ən yaxın üç adadan təxminən 2685 kilometr uzaqlıqdadır. Bu nəhəng uzaqlıq səbəbindən ərazidə hər hansı bir ölkənin limanı, yaşayış məskəni və ya daimi insan fəaliyyəti mövcud deyil. Latınca mənası "heç kim" olan "Nemo" adı həm buranın kimsəsizliyinə, həm də məşhur kapitan Nemo obrazına bir işarədir. Maraqlıdır ki, bu məkanda okeanın dərin qatlarından qida maddələrini səthə çıxaran axınlar zəif olduğundan, balıqların və digər dəniz canlılarının sayı olduqca azdır. Bu səbəbdən bəzi elm adamları bu sakitliyi "Yer üzünün sonsuzluğu" adlandırırlar.
Ərazinin insan məskənlərindən tamamilə təcrid olunması onu kosmik agentliklər üçün ideal bir "tullantı poliqonuna" çevrib. İstismar müddəti bitən süni peyklər, yük gəmiləri və kosmik stansiya hissələri yerə qaytarılarkən məhz Nemo nöqtəsinə istiqamətləndirilir. Çünki burada kosmik qalıqların insan yaşayan ərazilərə düşərək zərər vurma ehtimalı demək olar ki, yoxdur. 1971-ci ildən bəri əraziyə 300-dən çox kosmik aparatın qalıqları düşüb və bu səbəbdən bura həm də "Kosmik gəmi qəbiristanlığı" kimi tanınır.
Nemo nöqtəsi həm də uzun illər sirri açılmayan qəribə sualtı səslərlə dünya elmini təəccübləndirib. 1997-ci ildə okeanın dərinliklərində qeydə alınan və “Bloop" adlandırılan çox güclü səs, ilk vaxtlar nəhəng və naməlum bir dəniz canlısına aid edilsə də, sonrakı araşdırmalar bu sirri çözüb. Məlum olub ki, bu vahiməli səs əslində nəhəng buzlaqların qırılması nəticəsində yaranıb.
Dünyanın ən sirli, ən tənha və kosmosla birbaşa bağları olan bu coğrafi nöqtəsi, dənizin altındakı texnoloji tarixi ilə bəşəriyyəti heyran qoymağa davam edir.
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.