Qaynar xətt:

(+99450) 247 90 86

Tabutu qadınlar daşıdı - Kişilərə icazə vermədilər - VİDEO 

Tabutu qadınlar daşıdı - Kişilərə icazə vermədilər - VİDEO 

MARAQLI

116

10.03.2026, 17:54

Türkiyədə baş verən dəfn mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, vəfat edən ana və qızının tabutunun qəbiristanlığa qadınların çiynində aparılması diqqət çəkib.

Oxu24.com  Milli.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə mərasim zamanı qadınların tabutları özləri daşıdığı, kişilərə isə buna icazə vermədiyi görülür. Bu addım mərasimə qatılanların və sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.

Hadisənin baş verdiyi anları əks etdirən video qısa müddətdə internetdə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu qadınların həmrəylik nümunəsi kimi qiymətləndirsə də, digərləri ənənəvi qaydalara zidd olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə və bir çox müsəlman ölkələrində dəfn mərasimlərində tabutun əsasən kişilər tərəfindən daşınması ənənəvi hal hesab olunur. Buna baxmayaraq, sözügedən hadisə fərqli yanaşma kimi diqqət çəkərək müzakirələrə səbəb olub.