İnsan gecə yatmasa nə olar? - Maraqlı fakt
08 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
756
07.02.2026, 12:27
Nəvələrə baxmaq yaşlılarda beyin sağlamlığını qoruyur
Yaşlı insanların nəvələrinə qulluq etməsi təkcə ailədaxili münasibətləri möhkəmləndirmir, eyni zamanda beyin sağlamlığının qorunmasında da mühüm rol oynaya bilər. Mütəxəssislərin fikrincə, nəvələrlə gündəlik ünsiyyət, onlarla vaxt keçirmək və müxtəlif fəaliyyətlərdə iştirak etmək yaşlılarda idrak funksiyalarının zəifləməsinin qarşısını almağa kömək edir.
Oxu24.com-un məlumatına görə, nəvələrə ev tapşırıqlarında kömək etmək, onlarla oyun oynamaq, yemək hazırlamaq və ya məktəbə aparıb-gətirmək kimi sadə görünən fəaliyyətlər yaşlı insanların söz ehtiyatının zənginliyini və keçmiş hadisələri xatırlamaq qabiliyyətini müsbət təsir altına alır. Bu cür fəaliyyətlər xüsusilə verbal bacarıqların və epizodik yaddaşın daha aktiv qalmasına şərait yaradır.
Mütəxəssislər bildirirlər ki, burada əsas məqam nəvəyə nə qədər tez-tez baxmaqdan çox, ümumiyyətlə bu prosesdə iştirak etməyin özüdür. Yəni yaşlı insanın nəvənin həyatında aktiv rol alması beyin üçün stimul rolunu oynayır. Maraqlıdır ki, nəvəyə baxmağın konkret forması da əhəmiyyətlidir: oyunlar, dərslərə dəstək və gündəlik ünsiyyət idrak bacarıqlarının daha yaxşı qorunması ilə əlaqələndirilir.Araşdırma xarakterli müşahidələr göstərir ki, bu təsir xüsusilə nənələrdə daha güclü və uzunmüddətli olur. Nənələr nəvələrlə daha çox emosional və fiziki təmasda olduqları üçün onların yaddaş və nitq bacarıqları zamanla daha ləng zəifləyir. Babalar da nəvələrə baxdıqları zaman ilkin mərhələdə daha yaxşı idrak göstəricilərinə malik olsalar da, bu üstünlük zamanla sabit qalmağa bilər.
Mütəxəssis rəylərinə görə, ailə mühiti də mühüm rol oynayır. Nəvəyə könüllü şəkildə, sevgi və dəstək şəraitində baxmaq yaşlı insan üçün psixoloji yük deyil, əksinə, zehni aktivliyi artıran müsbət bir prosesə çevrilir. Əks halda, bu məsuliyyət məcburiyyət və stress kimi qəbul edilərsə, gözlənilən müsbət təsir azalır.
Həmçinin oxuyun
Ümumilikdə, mütəxəssislər hesab edirlər ki, nəvələrlə ünsiyyət yaşlıların sosial fəallığını artırmaqla yanaşı, onların zehni sağlamlığını qorumaq üçün də təbii və təsirli vasitələrdən biridir.\
Turan
22:47 / 08 May 2026
16
22:38 / 08 May 2026
25
22:28 / 08 May 2026
33
22:14 / 08 May 2026
60
22:13 / 08 May 2026
33
22:06 / 08 May 2026
41
21:59 / 08 May 2026
40
21:48 / 08 May 2026
757
21:39 / 08 May 2026
176
21:29 / 08 May 2026
59
21:10 / 08 May 2026
163
20:52 / 08 May 2026
228
20:48 / 08 May 2026
103
20:36 / 08 May 2026
68
20:18 / 08 May 2026
74
20:07 / 08 May 2026
78
19:48 / 08 May 2026
73
19:39 / 08 May 2026
143
19:29 / 08 May 2026
98
19:16 / 08 May 2026
100
19:05 / 08 May 2026
253
18:57 / 08 May 2026
81
18:42 / 08 May 2026
397
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.