"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq
12 Avqust 2025, 07:27
Qaynar xətt:
(+99450) 247 90 86“Wi-fi” bədənimizi belə zəhərləyirmiş — ŞOK FAKTLAR
MARAQLI
490
14.05.2025, 18:42
Modern dövrdə “Wi-fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan və yaxın edib. Belə ki, internet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) demək olar ki, standart halını alıb. “Wi-fi” kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Hər birimizin evində “Wi-fi” əsas daşıyıcısı olan modem qurğuları var. Hətta internet sürətinin daha sürətli və tez ötürülməsi məqsədilə imkanları geniş olan 2 və ya 3 antenalı modemlərdən istif adə edirik. Bəzən isə həcmi böyük olan idarə və təşkilatlarda çoxlu modemlər yerləşdirilir. Bu isə həmin elektromaqnit dalğalarının əsas daşıyıcıların insan orqanizmi üçün yaratdığı riski daha da artırmış olur.
“Milli.az”da yer alan araşdırmaya əsasən 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.
“Wi-fi” insan sağlamlığı üçün potensial təhlükədir: istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, “Wi-fi” yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stresə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır.
“Wi-fi”dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:
Baş beyini- kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.
Sinir sistemi- halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.
Uşaqlar- inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.
Hamilə qadınlar- “Wi-fi” şüalarından uzaq olmağı, internetdən az istifadə etməyi tövsiyə edirlər.
Həmçinin oxuyun
Bu şüaların təsirinin artıb azalması müəyyən proseslərdən asılıdır. Buraya şüa mənbəyindən hansı məsafədə oturmağın, immun sisteminin necə inkişaf etməsi, hansı yaş dövründə olmağın birbaşa təsir edən amillərdəndir.
“Wi-Fi”dan az zərər çəkmək üçün aşağıdakıları etmək məsləhət görülür:
“Wi-Fi” aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı
Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır)
Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq
Yatdığınız otaqda modem qoymayın.
Sağlamlığınıza təsirsiz ötüşməyən müasir texnoloji vasitələrdən aşırı dərəcədə istifadə etməyin. Onları həm özünüzdən, həm də gözünüzdən uzaqda tutun.
16:46 / 12 Avqust 2025
Onlara vəzifə verdilər - ADLAR
18
16:45 / 12 Avqust 2025
Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
5
15:35 / 12 Avqust 2025
Qazaxıstanda rus dərslərinə maraq kəskin şəkildə azalıb
27
15:25 / 12 Avqust 2025
Çin ABŞ məhsullarına yox deyir
26
15:05 / 12 Avqust 2025
İran və İsrail arasında növbəti müharibə yaxınlaşır
31
14:47 / 12 Avqust 2025
Bu şəxslərin maaşlarına əlavələr olunacaq - RƏSMİ
429
14:04 / 12 Avqust 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
68
14:01 / 12 Avqust 2025
Avropalıların Rusiya yanacağına xərcləri hesablanıb
40
13:55 / 12 Avqust 2025
Aİ Putin-Tramp görüşü fonunda Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
36
13:19 / 12 Avqust 2025
“Apple”ı məhkəməyə verir
79
13:16 / 12 Avqust 2025
Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
49
13:13 / 12 Avqust 2025
Prezident sərəncam imzaladı
276
12:55 / 12 Avqust 2025
ABŞ-da hava limanında dəhşətli qəza: İki təyyarə toqquşub
52
12:36 / 12 Avqust 2025
Trampın Həmasla bağlı açıqlaması: Onlar Qəzzada qala bilməzlər
49
12:33 / 12 Avqust 2025
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
48
12:22 / 12 Avqust 2025
SON DƏQİQƏ! Meyiti tapılan şəxs görün kim imiş - FOTO
832
12:14 / 12 Avqust 2025
Qırmızı kürü satışı 21,9% azalıb
50
12:11 / 12 Avqust 2025
Ukrayna Tatarıstana hücum edib
53
12:09 / 12 Avqust 2025
Bilgəhdə batan 19 yaşlı oğlanın meyiti tapıldı
64
11:49 / 12 Avqust 2025
Zəngəzura ABŞ yox, bu ölkə NƏZARƏT EDƏCƏK
818
11:14 / 12 Avqust 2025
Masazırda 2 yaşlı uşağı it dişlədi - Fotolar
162
11:13 / 12 Avqust 2025
Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar
77
11:02 / 12 Avqust 2025
Rayonlara leysan yağıb
65
10:50 / 12 Avqust 2025
52 yaşlı kişi evdə yanaraq öldü
77
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.