"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
633
01.11.2024, 18:46
İlk dəniz atları Yer üzündə 13 milyon il əvvəl peyda olublar. Hal-hazırda 54 növü mövcuddur.
Oxu24.com xəbər verir ki, onların 30-nun nəsli kəsilmək üzrədir. Elə təkcə Çində ildə 20 milyonadək dəniz atı tutulur. Suvenir düzəldirlər, qurudub xalq təbabətində istifadə edirlər (əsasən impotensiyanın müalicəsi üçün)… 1 kilo dəniz atının qiyməti 600 dollardan 3000 dollaradək olur.
Bəxtləri onda gətirib ki, üzərilərindəki tikan kimi dərinin hesabına bunlara qida gözü ilə baxan o qədər də çox deyil.
Şahmatdakı at fiquruna oxşadıqlarına görə belə adlanırlar. Ən kiçiyinin ölçüsü 2 sm, ən böyüyünün – 30 sm-dək olur.
Əsasən isti, sakit, şəffaf tropik sularda yaşayırlar. Akvarium filanda saxlanılan dəniz atları stresə düşüb yeməkdən imtina edirlər və məhv olurlar. Bu hələ azmış kimi, suyun güclü yırğalanması nəticəsində də əldən düşüb ölürlər.
Xameleon kimi bədənlərinin rəngini dəyişib ətraf mühitə səpələnə bilirlər ki, bu da onlara ov gözüylə baxanları depressiyaya salır. Xameleondan daha bir xüsusiyyəti də mənimsəyiblər: gözləri müxtəlif səmtə baxa bilir.
Bellərindəki üzgəcləri saniyədə 30-35 dəfə hərəkət edir. Sinələrindəkiləri də sükan kimi istifadə olunur.
Çox aşağı hərəkət sürətlərinə görə gəzəyənliklə araları yoxdur. Dünyada ən astagəl balıq elə cırtdan dəniz atı sayılır: 1 saata cəmi 1,5-2 metr üzə bilir. Üzmək e!.. Məncə, daha çox atdanırlar. Yaxşı, hərəkət edirlər.
Mədələri yoxdur. Yedikləri həzm olur, qida tullantıları da həmən xaric olur. Ona görə ömrü boyu dayanmadan yeyirlər. Əks halda acından ölə bilərlər. Gün ərzində o olmayan mədələrindən 3000-dək mikroskopik plankton ötürürlər. Yeyəndə də quyruğları ilə yosunlardan yapışıb suyu içərilərinə çəkirlər.
Başıqapazlı vidlərinə rəğmən yırtıcı sayılırlar.
Bu cür imtahandan şilküt olmuş, amma alnı açıq-üzgəci ağ çıxan kişi də “hə” deyən kimi dişi tələsik kürüləri doldurur kişinin qarnındakı xüsusi “cibə”. O da həmin kürüləri mayalandırır. Kişinin hamiləlik dövrü ərzində okeanın əməkdar rəqqasəsi dişi xanım gün ərzində cəmi bircə dəfə, o da 5-6 dəqiqəlik gəlib ona baş çəkib gedir. Yenə sağ olsun ki, ortalığa salıb bu vəziyyətdə rəqs elətdirmir.
2-4 həftədən sonra məməlilərdəki kimi kişinin sancıları tutur, özü də bu sancılar 12 saat davam edə bilər. Sonra “cibin zamoku” açılır, balaları da düzəlir yola. Balalarının sayı 2 də ola bilər, 1000-1500 də. Azadlığa çıxan kimi balalar valideynlərini tərk edib hərəsi öz ixtiyarına verilir. Cəmi 100-dən 1-i də həddi-buluğa çatma yaşınadək sağ qalır.
4-5 il yaşayırlar.
13:20 / 22 Noyabr 2026
1
12:51 / 22 Noyabr 2026
77
12:30 / 22 Noyabr 2026
108
12:17 / 22 Noyabr 2026
456
11:38 / 22 Noyabr 2026
828
11:12 / 22 Noyabr 2026
200
10:51 / 22 Noyabr 2026
590
10:47 / 22 Noyabr 2026
203
10:38 / 22 Noyabr 2026
137
10:16 / 22 Noyabr 2026
782
09:15 / 22 Noyabr 2026
930
08:56 / 22 Noyabr 2026
390
01:34 / 22 Noyabr 2026
216
01:33 / 22 Noyabr 2026
185
23:53 / 21 Noyabr 2026
1027
23:41 / 21 Noyabr 2026
336
23:11 / 21 Noyabr 2026
1763
23:00 / 21 Noyabr 2026
195
22:47 / 21 Noyabr 2026
603
22:32 / 21 Noyabr 2026
254
22:20 / 21 Noyabr 2026
771
22:02 / 21 Noyabr 2026
674
21:49 / 21 Noyabr 2026
216
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.