Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə partlayış - 1 nəfər xəsarət aldı

2018-12/1546092359_partlayis.jpg

KRİMİNAL

1070

29.12.2018, 18:06

\"\" Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində “VAZ” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.
FHN-dən Oxu24.com-a verilən məlumata görə, yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri və 1 ədəd oturacaq yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.