Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli qəza: Avtobusdan düşən gənc oğlan faciəvi şəkildə öldü - Hadisə yerindən ürək dağlayan video

2018-12/1544594695_c419a1e1-015d-476e-9a4b-3e302516a273_3074924608.jpeg

KRİMİNAL

1943

12.12.2018, 10:05

Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARB TV xəbər verir ki, Tural İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb. Hadisə yerində polis əməkdaşları olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb. Faktla bağlı Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır. Hadisə yerindən videonu təqdim edirik: