Ağsuda biabırçılıq:İki oğlan tutuldu
20 Dekabr 2025, 18:51
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
12804
23.10.2018, 11:29
“Zerkalo Klara” adı ilə tanınan, əsl adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur.
Həmçinin oxuyun
Öz arxasınca heç bir iz qoymayan cinayətkarın anadangəlmə barmaq izi olmayıb. O, həm də kasıblara, yoxsullara yardım etməsi ilə diqqət çəkib. Klaranın iki oğlunun şəhid olduğu deyilsə də, bu barədə dəqiq məlumat yoxdur. Qadın oğru 26 noyabr 2011-ci ildə vəfat edib.
Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən, Azərbaycan qadını olan “Zerkalo Klara” bu etirafı etmişdir:
“…Qayıda bilmədim bu yoldan. Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki, Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür nəndən yan keçdi. Hədər, boş yerə xərcləndi. Görünür, hər halda bu, mənim qismətim imiş. Qismətdən də qaçmaq mümkünsüz bir işdi…
…Ən sonda isə, üzümü bu gün cinayət aləmində ilk addımlarını atan gənclərə tutmaq istəyirəm. Mənim keçdiyim ömür yolundan ibrət dərsi götürün. Bu illərdə nə qazanmışdımsa da, axır başda hər şeyi uduzdum. Mənim çəkdiyim əzab – əziyyətləri heç kimə arzulamazdım. Gəlib bir ömrün sonuna çatmışam. Vallah, heç nə tapmadım. Nəyim vardı itirdim, canımı, gözlərimi, cavanlığımı… hamısını itirdim. Heç nə tapmadım…
Arzum budur ki, ömrün qürubuna gəlib çatanda, geri baxıb: “Heyf bu ömürdən, yan keçdi” deməyəsiniz. Hamınıza xoşbəxtlik, səadət, azadlıq arzulayıram…”
Qeyd edək ki, Klaranın ilk qurbanı isə nişanlısı olub. Klara atası ilə birlikdə bir müddət Qubada yaşayıb. Sevgilisi Roma da Klaranın samballı oğrularla görüş, “sxodka” yerlərini xəbərləyib. Bundan sonra Klara şəxsən özü Romanın tutulması qərarını verib və onu öldürüb.
18:51 / 20 Dekabr 2025
62
16:47 / 20 Dekabr 2025
105
16:30 / 20 Dekabr 2025
1846
16:17 / 20 Dekabr 2025
253
16:14 / 20 Dekabr 2025
97
15:56 / 20 Dekabr 2025
119
15:54 / 20 Dekabr 2025
95
15:45 / 20 Dekabr 2025
68
15:17 / 20 Dekabr 2025
104
15:11 / 20 Dekabr 2025
136
15:05 / 20 Dekabr 2025
66
14:40 / 20 Dekabr 2025
188
14:33 / 20 Dekabr 2025
1631
14:26 / 20 Dekabr 2025
291
13:21 / 20 Dekabr 2025
358
12:54 / 20 Dekabr 2025
998
12:45 / 20 Dekabr 2025
84
12:39 / 20 Dekabr 2025
77
12:36 / 20 Dekabr 2025
138
12:24 / 20 Dekabr 2025
111
11:58 / 20 Dekabr 2025
378
11:52 / 20 Dekabr 2025
93
11:45 / 20 Dekabr 2025
83
11:42 / 20 Dekabr 2025
115
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.