Qar yağacağı gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ
15 Noyabr 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2448
20.12.2025, 12:54
Ölkədə sosial rifah və gəlirlər məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də yeni ilin yaxınlaşması fonunda vətəndaşları maraqlandıran əsas suallardan biri dövlət və özəl müəssisələrdə maaşların artırılıb-artırılmayacağı ilə bağlıdır. Maraqlıdır, gələn ildən dövlət və özəl müəssisələrdə maaşlar nə qədər artırılacaq?
Oxu24.com xəbər verir ki,mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda nə dövlət, nə də özəl sektor üzrə maaş artımı ilə bağlı hər hansı rəsmi plan açıqlanıb.
Onun sözlərinə görə, özəl sektorda əmək haqları bazar şərtləri və müəssisələrin maliyyə imkanları əsasında müəyyən olunur və dövlət bu sahəyə birbaşa müdaxilə edə bilməz.
“Dövlət özəl sektora maaşların nə qədər artırılacağını diktə etmək səlahiyyətinə malik deyil”, – iqtisadçı vurğulayıb.
Xalid Kərimli qeyd edib ki, minimal əmək haqqının da gələn il artırılması gözlənilmir. Dövlətin əməkhaqqı bazarına əsas müdaxilə aləti məhz minimal əmək haqqıdır.
İqtisadçının sözlərinə görə, dövlətin rəsmi sənədlərində gələn il orta aylıq əmək haqqının 7,6 faiz artacağı proqnozlaşdırılır, lakin bu, məcburi öhdəlik deyil və yalnız ehtimal xarakteri daşıyır.
“Bu proqnozdur. Dəqiq olaraq maaşların nə qədər artacağı ilə bağlı qərar yoxdur”, – deyə o, əlavə edib.
İqtisadçı qeyd edir ki, son 4 ay ərzində orta aylıq əmək haqqı göstəricilərində azalma müşahidə olunur, bu da yaxın perspektivdə kütləvi maaş artımı ehtimallarını zəiflədir.
Beləliklə, hazırkı mərhələdə gələn ildən maaşların konkret məbləğ və ya faizlə artırılması ilə bağlı nə dövlət, nə də özəl sektor üzrə rəsmi qərar mövcuddur.
12:36 / 15 Noyabr 2026
120
12:28 / 15 Noyabr 2026
64
12:11 / 15 Noyabr 2026
82
11:52 / 15 Noyabr 2026
126
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
98
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
540
10:50 / 15 Noyabr 2026
97
10:25 / 15 Noyabr 2026
252
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
489
07:35 / 15 Noyabr 2026
196
05:50 / 15 Noyabr 2026
151
01:35 / 15 Noyabr 2026
162
01:10 / 15 Noyabr 2026
183
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
23:47 / 14 Noyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.