Qar yağacağı gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ
15 Noyabr 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
852
20.12.2025, 15:56
Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb.
Oxu24.com xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi tərəfindən keçirilib. Cari təmir işlərinin satın alınması ilə bağlı keçirilən bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 292 417,14 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Pro Construction Company" MMC 15 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Mediada gedən məlumatlarda isə iddia edilir ki, "Pro Construction Company" MMC Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin direktoru Elşad Hacıyevə yaxın şirkətdir.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Pro Construction Company" MMC 2025-ci ildə Səhiyyə Nazirliyi və ona tabeli qurumlarla 7 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 11 983 183,86 manatdır.
Qaynarinfo
12:36 / 15 Noyabr 2026
1
12:28 / 15 Noyabr 2026
43
12:11 / 15 Noyabr 2026
61
11:52 / 15 Noyabr 2026
119
11:43 / 15 Noyabr 2026
64
11:29 / 15 Noyabr 2026
81
11:20 / 15 Noyabr 2026
79
11:20 / 15 Noyabr 2026
85
11:10 / 15 Noyabr 2026
80
11:07 / 15 Noyabr 2026
499
10:50 / 15 Noyabr 2026
91
10:25 / 15 Noyabr 2026
246
10:21 / 15 Noyabr 2026
100
10:18 / 15 Noyabr 2026
97
10:12 / 15 Noyabr 2026
126
09:35 / 15 Noyabr 2026
477
07:35 / 15 Noyabr 2026
179
05:50 / 15 Noyabr 2026
150
01:35 / 15 Noyabr 2026
161
01:10 / 15 Noyabr 2026
182
23:59 / 14 Noyabr 2026
374
23:51 / 14 Noyabr 2026
199
23:47 / 14 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.