Qaynar xətt:

(+99450) 247 90 86

“Lotu Quli” Türkiyədə yaşaya bilər - Məhkəmə qərar verdi

2018-10/1539890413_quli.jpg

KRİMİNAL

1166

18.10.2018, 23:19

 “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb. O, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.
Məlumata görə, məhkəmə “Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə “Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.