Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevirdə yaşayış binasında yanğın - Ölən və yaralanan var

2018-09/1536748342_yangin_ev_0521.jpg

KRİMİNAL

719

12.09.2018, 14:32

\"\" Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.
Oxu24.com-un Report-a istinadən məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.