Qaynar xətt:

(+99450) 247 90 86

5 övladın atası küçədə qaldı - Bakıda ürək dağlayan hadisə

2018-08/1534345699_39283945_447377232436353_3991936136128757760_n_1534332947.jpg

KRİMİNAL

2455

15.08.2018, 19:07

\"\" Bu gün Bakı şəhər Səbail rayonu ərazisindəki Axundov parkında kimsəsiz qoca kişi tapılıb.
Femida.az xəbər verir ki, adının Əsgərov Maarif Şıxəli oğlu olduğunu deyən şəxs 1942-ci il təvəllüdlüdür. Gəncə şəhər sakini olan 76 yaşlı qocanın dediyinə görə, o bir neçə gündür bu parkda gecələyir. Maarif Əsgərovu öz bacısı qızı Nəhayət həkim müayinəsi adı ilə Bakıya gətirib. Daha sonra onu şəhərdə qoyaraq tərk edib. Maarif Əsgərovun sözlərinə görə, 3 oğlu, 2 qız ı var. Qızları hazırda Gəncədə yaşayır. Amma ataları ilə münasibətləri yoxdu. Həyat yoldaşı Fənarə Əsgərova isə 4 il əvvəl dünyasını dəyişib. O, Qocalar evinə yerləşmək üçün yardım istəyir. Bunun üçün sənədlərinin qaydaya salınmasına ehtiyac var. Xatırladaq ki, M.Əsgərov 1 aydan çoxdur ki, Gəncədən Bakıya gətirilib. İki gündür ki, Sumqayıtda qaldığı bacısı qızı onu Bakıya gətirib və burada qoyaraq tərk edib. *** Femida.az-ın araşdırması zamanı məlum olub ki, Maarif Əsgərov təxminən 5 ay bundan əvvəl Bakı şəhərində kirayə yaşayan oğlunun evinə gəlib. Burada qalmaq istəmədiyindən Qocalar evinə getmək məqsədi ilə evdən çıxıb. Femida.az-ın əməkdaşı Maarif Əsgərov oğlu Anar Əsgərovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında atasının yaşlı olduğunu və bunun üçün evdən getdiyini bildirib: \"Biz onu evdən qovmamışıq. Bizdən xəbərsiz evdən gəlib. Qocalar evinə getmək istədiyini də bizə deməyib\", - deyə Anar Əsgərov açıqlamasında bildirib.