Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
31 Mart 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1776
02.01.2026, 09:07
Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib.
Bununla bağlı Tarif Şurası müvafiq qərar qəbul edib. Qərar “Elektroenergetika haqqında” qanuna və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsaslanır.
Tarif Şurasının məlumatına görə, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanılması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir. Bildirilib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və bu mexanizm təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Qərara əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün 1 manat, üçfazalı təchizat sxemi ilə enerji istehlakı edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib.
Oxu24.com xəbər verir ki, təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kommunal xidmətlərdə sabit tarif mexanizmi uzun müddətdir dünya ölkələrində tətbiq olunur və özünü doğruldub:
“Bu mexanizmin tətbiqi kommunal xidmət göstərən qurumların – Azərsu, Azəriqaz, Azərişıq kimi təşkilatların maliyyə sabitliyinin yaxşılaşmasına, hesabatlılığın artmasına və dövlət büdcəsindən asılılığın azalmasına xidmət edir. Bu, qiymət artımı deyil. Əksinə, növbəti illərdə tarif artımlarını azaldan amilə çevrilə bilər”.
Həmçinin oxuyun
İqtisadçının sözlərinə görə, qaz və elektrik təchizatının dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün arxa planda minlərlə işçi çalışır və ciddi xərclər çəkilir. Bu xərclərin yalnız faktiki istehlak edənlərin üzərinə düşməsi müəyyən mənada ədalətsizlik yaradır:
“Vətəndaşın bir neçə mənzili varsa və onlardan yalnız birində qaz və işıqdan istifadə edirsə, indiyədək boş qalan mənzillər üzrə xərclər dolayı yolla istifadə edənlərin üzərinə düşürdü. Sabit tariflə bu xərclər bütün abonent kodları üzrə bölüşdürüləcək və daha ədalətli sistem formalaşacaq”.
Xalid Kərimli əlavə edib ki, 2026-cı ildən etibarən vətəndaşlar bütün abonent kodları üzrə aylıq sabit tarif ödəməli olacaqlar. Məsələn, aylıq qaz sərfiyyatı 8 manat olan abonent əlavə olaraq 1 manat sabit tarif də ödəyəcək. Onun sözlərinə görə, bu mexanizm mobil və stasionar telefon xidmətlərində mövcud olan aylıq abunə haqqına bənzəyir.
Beləliklə, sabit tariflərin tətbiqi kommunal xidmətlərin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, xərclərin istehlakçılar arasında daha balanslı və ədalətli bölüşdürülməsinə xidmət edəcək.
00:16 / 31 Mart 2026
1
00:00 / 31 Mart 2026
31
23:49 / 30 Mart 2026
34
23:29 / 30 Mart 2026
39
23:15 / 30 Mart 2026
46
23:05 / 30 Mart 2026
46
22:52 / 30 Mart 2026
238
22:41 / 30 Mart 2026
71
22:32 / 30 Mart 2026
60
21:54 / 30 Mart 2026
69
21:40 / 30 Mart 2026
134
21:22 / 30 Mart 2026
66
21:10 / 30 Mart 2026
89
20:49 / 30 Mart 2026
159
20:19 / 30 Mart 2026
230
20:03 / 30 Mart 2026
224
19:45 / 30 Mart 2026
216
19:31 / 30 Mart 2026
239
19:19 / 30 Mart 2026
222
19:10 / 30 Mart 2026
246
18:51 / 30 Mart 2026
272
18:24 / 30 Mart 2026
280
18:13 / 30 Mart 2026
288
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.