Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda fəhlə binadan yıxılaraq öldü

Sumqayıtda fəhlə binadan yıxılaraq öldü

KRİMİNAL

1583

02.06.2018, 12:28

\"\" Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Oxu24.com-un “Report”a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.
Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.