Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
906
11.04.2026, 23:26
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Masazır qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, 39 yaşlı Pərişan Süleymanovanın və 30 yaşlı Nuranə İsgəndərli qətlə yetirilib. Qonşuların Baku TV-yə qeyd etdiyinə görə, ailə bir aya yaxındır ki, həmin mənzildə kirayədə yaşayırmış, hadisə isə səhər saatlarında baş verib.
“Səhər tezdən səs-küy eşitdik, pəncərəni bağladılar. Sonra uşaqların səsinə çölə çıxdıq. Gördük ki, artıq hadisə baş verib”, – qonşulardan biri söyləyib.
Hadisə ilə bağlı Baş Prokurorluqdan qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub. Qətlə yetirilən Pərişan Süleymanovanın tanışlarından birinin verdiyi məlumata görə, həmin şəxs narkotik aludəçisi olub. O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Bir müddət əvvəl azadlığa çıxaraq Nuranə İsgəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayıb. Bir ay əvvəl isə qətli törətməkdə şübhəli bilinən şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb. Hadisə zamanı o, Nuranə İsgəndərlinin boğazını kəsib, daha sonra isə hadisənin şahidi olan Pərişan Süleymanovaya 15 bıçaq zərbəsi vurub.
14:04 / 12 Noyabr 2026
1
13:59 / 12 Noyabr 2026
84
13:55 / 12 Noyabr 2026
33
13:45 / 12 Noyabr 2026
104
13:36 / 12 Noyabr 2026
139
13:29 / 12 Noyabr 2026
67
13:21 / 12 Noyabr 2026
76
13:20 / 12 Noyabr 2026
107
13:18 / 12 Noyabr 2026
270
13:16 / 12 Noyabr 2026
98
13:07 / 12 Noyabr 2026
304
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
68
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
102
12:05 / 12 Noyabr 2026
106
11:55 / 12 Noyabr 2026
108
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
105
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
102
11:24 / 12 Noyabr 2026
549
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.