Evdə halı pisləşən 25 yaşlı qız öldü
12 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
12.04.2026, 09:21
Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
Oxu24.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək.
İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
14:04 / 12 Noyabr 2026
1
13:59 / 12 Noyabr 2026
84
13:55 / 12 Noyabr 2026
33
13:45 / 12 Noyabr 2026
104
13:36 / 12 Noyabr 2026
139
13:29 / 12 Noyabr 2026
67
13:21 / 12 Noyabr 2026
76
13:20 / 12 Noyabr 2026
107
13:18 / 12 Noyabr 2026
270
13:16 / 12 Noyabr 2026
98
13:07 / 12 Noyabr 2026
304
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
68
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
102
12:05 / 12 Noyabr 2026
106
11:55 / 12 Noyabr 2026
108
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
105
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
102
11:24 / 12 Noyabr 2026
549
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.