35,8 milyon manat ayrılacaq - ŞAD XƏBƏR
12 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4745
12.04.2026, 10:20
Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu24.com-un xəbərinə görə, müraciətdə qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur: "Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
14:04 / 12 Noyabr 2026
1
13:59 / 12 Noyabr 2026
84
13:55 / 12 Noyabr 2026
33
13:45 / 12 Noyabr 2026
104
13:36 / 12 Noyabr 2026
139
13:29 / 12 Noyabr 2026
67
13:21 / 12 Noyabr 2026
76
13:20 / 12 Noyabr 2026
107
13:18 / 12 Noyabr 2026
270
13:16 / 12 Noyabr 2026
98
13:07 / 12 Noyabr 2026
304
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
68
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
102
12:05 / 12 Noyabr 2026
106
11:55 / 12 Noyabr 2026
108
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
105
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
102
11:24 / 12 Noyabr 2026
549
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.