Evdə halı pisləşən 25 yaşlı qız öldü
12 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
37420
11.04.2026, 23:50
Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ölkə adının dəyişdirilərək “Şimali Azərbaycan” adlandırılması ilə bağlı təklifi parlamentdə və cəmiyyətdə müzakirələrə səbəb olub. Yeni Konstitusiya islahatları çərçivəsində səsləndirilən bu ideyaya həmkarlarından cavab gecikməyib.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov həmkarının təklifinə münasibət bildirərək, Azərbaycan adının toxunulmazlığını və beynəlxalq nüfuzunu xüsusi vurğulayıb.
“Deputat fikir ifadə etməkdə azaddır və özünün baxışları ilə fikirləri bildirir. Bu baxımdan həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Subyektiv fikrim ondan ibarətdir ki, ölkəmizin adı müzakirə mövzusu olmamalıdır. Azərbaycan vahid məkan adıdır və mənası da çox genişdir. Ona görə də ölkəmizin adını Şimala və ya da Cənuba bölməyi düzgün hesab etmirəm.
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış brenddir. Hesab edirəm ki, adın dəyişilməsi real iqtisadi və ya sosial üstünlük qazandırmır. Bu gün dünyada tanınmış qalib, nüfuzlu və hörmətlə yanaşılan Azərbaycan brendi formalaşıb. Hər bir azərbaycanlı da bu brend altında birləşməlidir”.
Beləliklə, parlamentdə səslənən bu maraqlı təklif deputatlar arasında fikir ayrılığına səbəb olub. Azər Badamovun da qeyd etdiyi kimi, Azərbaycan artıq dünyada zəfər çalmış bir simvol halına gəlib. Görünən odur ki, ad dəyişikliyi məsələsi hələ uzun müddət siyasi gündəmin ən qaynar mövzularından biri olaraq qalacaq.
Xatırladaq ki, “Azərbaycan” adının mənşəyi qədim tarixə gedib çıxır və bir neçə mərhələdə formalaşıb.
Adın mənşəyi
“Azərbaycan” sözü əsasən Atropat adlı şəxsə bağlanır. O, eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər imperiyasının tərkibində Midiya satrapı olmuşdu.
İsgəndərin ölümündən sonra Atropat öz müstəqil dövlətini qurdu və bu ərazi:
Atropatena (yəni “Atropatın ölkəsi”) adlandırıldı.
Zaman keçdikcə bu ad fonetik dəyişikliklərə uğrayaraq:
Atropatena → Adərbayqan → Azərbaycan formasını aldı.
İlk istifadə
“Azərbaycan” adına yaxın formalar:
İlk dəfə eramızdan əvvəl IV–III əsrlərdə Atropatena kimi işlədilib.
Orta əsr mənbələrində (ərəb və fars tarixçilərində) artıq “Adərbayqan” və ya “Azərbaycan” formasına rast gəlinir.
Çimnaz Telmanqızı
14:04 / 12 Noyabr 2026
1
13:59 / 12 Noyabr 2026
84
13:55 / 12 Noyabr 2026
33
13:45 / 12 Noyabr 2026
104
13:36 / 12 Noyabr 2026
139
13:29 / 12 Noyabr 2026
67
13:21 / 12 Noyabr 2026
76
13:20 / 12 Noyabr 2026
107
13:18 / 12 Noyabr 2026
270
13:16 / 12 Noyabr 2026
98
13:07 / 12 Noyabr 2026
304
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
68
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
102
12:05 / 12 Noyabr 2026
106
11:55 / 12 Noyabr 2026
108
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
105
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
102
11:24 / 12 Noyabr 2026
549
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.