Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var

2020/01/26/1580029089_1333544.jpg

KRİMİNAL

736

26.01.2020, 12:55

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.