Bakıda mənzildə meyit tapılıb
31 Yanvar 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
757
10.01.2020, 23:44
İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib.
Oxu24.com xəbər verir ki, oxu.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən, Nərmin Quliyeva əmisinin həyətindən çıxmasından sonra küçədə İ.Süleymanovla qarşılaşıb.
O, qızı aldadaraq evinə aparıb və Nərminə öz qızı kimi qulluq edəcəyini söyləyərək, onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs uşağı qaçmağa və ya kömək çağırmağa çalışacağı halda cəzalandırmaqla hədələyib.
Məlumdur ki, saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.
Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər. Ən azından o özü tez-tez dama çıxmasını bununla izah edib. Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələlik müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.
Həmçinin oxuyun
Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.
Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb.
Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. İ.Süleymanovun nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur.
O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra İ.Süleymanov Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.
18:13 / 31 Yanvar 2026
14
17:55 / 31 Yanvar 2026
26
17:48 / 31 Yanvar 2026
35
17:29 / 31 Yanvar 2026
74
16:15 / 31 Yanvar 2026
57
16:14 / 31 Yanvar 2026
243
16:11 / 31 Yanvar 2026
51
16:04 / 31 Yanvar 2026
61
15:51 / 31 Yanvar 2026
343
15:45 / 31 Yanvar 2026
45
15:35 / 31 Yanvar 2026
236
15:28 / 31 Yanvar 2026
65
14:34 / 31 Yanvar 2026
1622
13:57 / 31 Yanvar 2026
91
13:45 / 31 Yanvar 2026
128
13:15 / 31 Yanvar 2026
645
12:54 / 31 Yanvar 2026
957
12:48 / 31 Yanvar 2026
124
12:20 / 31 Yanvar 2026
2252
11:51 / 31 Yanvar 2026
754
11:48 / 31 Yanvar 2026
105
11:02 / 31 Yanvar 2026
106
11:00 / 31 Yanvar 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.