Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəmədə uduzan qadın özünü binadan atmaq istədi - Bakıda

2019/12/25/1577250355_intihar_bina_0235.jpg

KRİMİNAL

1100

25.12.2019, 09:04

Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva çoxmərtəbəli yaşayış binasından ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.

 

Oxu24.com xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qadının intihara cəhdinin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilib:

 

"Bölmədə onunla profilaktiki söhbətlər aparılıb. Nübar Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır".