Qaynar xətt:

(+99450) 247 90 86

Nabranda bir nəfər dənizdə boğuldu

2019-08/1566927739_1566910043_bogulma-kapak.jpg

KRİMİNAL

597

27.08.2019, 21:41

\"\" Nabranda bir nəfər dənizdə batıb.
Oxu24.com bildirir ki, bu barədə BakuPost-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran kəndində dənizdə, məntəqə ərazisində 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.