Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2055
18.01.2026, 16:07
Bu dəfə Azərbaycanda uzun müddətdir eyni vəzifəni tutan məmurlarla bağlı araşdırmanı təqdim edirik.
Oxu24.com xəbər verir ki, Azərbaycanın eyni vəzifədə çalışan ən uzunömürlü məmuru Eyvaz Hüseynovdur. O, 1992-ci il iyulun 2-də Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Eyvaz Hüseynov ölkədə 34 ildir, eyni vəzifəni tutan yeganə məmurdur.
Azərbaycanın eyni vəzifədə çalışan ən uzunömürlü ikinci məmuru Mahmud Məmədquliyevdir. Mahmud Məmmədquliyev 1993-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. Mahmud müəllim 33 ildir eyni vəzifədə çalışır.

Araz Əzimov Azərbaycanın eyni vəzifədə çalışan ən uzunömürlü üçüncü məmurdur. Araz Əzimov 1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. Araz müəllim 32 ildir eyni vəzifədə çalışır.
Baş nazirin 1-ci müavini, 80 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə 30 ildir ki, vəzifə başındadır. O bir zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr əvəzi, sonra sədri olub. Sonradan adı dəyişdiriliən quruma Məleykə Abbaszadə yenidən rəhbər təyin edilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 26 ildir vəzifə başındadır. O 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 75 yaşlı Məzahir müəllim artıq 26 ildir eyni postda çalışır
Xocalı rayonu İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 26 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2000-ci ildə Xocalı icra başçısı vəzifəsinə təyinat alıb.
Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov da 25 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb.
2002-ci ildən indiyədək Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev eyni posta rəhbərlik edir. Elçin Quliyev 24 ildir DSX-nın rəisidir.

2004-cü ildən indiyədək Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsində çalışan Cəmilə Abbasova 22 ildir eyni vəzifədə çalşır.
Hazırladı: Nərmin Balacayeva
18:09 / 14 Noyabr 2026
8
18:06 / 14 Noyabr 2026
289
18:03 / 14 Noyabr 2026
26
17:18 / 14 Noyabr 2026
120
17:15 / 14 Noyabr 2026
90
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
143
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
278
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
134
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
691
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
114
13:50 / 14 Noyabr 2026
3024
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
121
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.