8 MART günü intensiv qar yağacaq - PROQNOZ
07 Mart 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
773
18.01.2026, 23:38
Azərbaycanda ƏN AZ boşanma olan 10 rayon hansılardır?
Elə rayonumuz var ki, hətta il ərzində boşananların sayı heç 10-u keçmir. Birlik, bütövlük olan həmin rayonumuz hansıdır?
Azərbaycanda ən az boşanma olan 10 rayonu təqdim edirik.
Siyahıda ərazisinə görə ən böyük rayonumuz da yer alır.
Azərbaycanda boşanmaların sayı kəskin artıb, ən çox boşanma olan rayonları ötən videoda paylaşdım. Amma elə rayonlarımız da var ki, illərlə ailə dəyərlərinə sahib çıxır, birliyini, bütövlüyünü qoruyur. Baxaq görək, hansı bölgələrdə ailə bağları daha güclüdür?
10-cu yerdə Qobustan rayonu gəlir.
Əhalisi 50 min nəfərə yaxındır. Qobustanda hər min nəfərdən 1,2-si boşanır. Rayonda 1 şəhər, 1 qəsəbə olmaqla, 31 kənd mövcuddur. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakıdan 101 km aralıda yerləşir. Qədim türk sözü olan "qobu" (qobi) – quru, susuz yer, ölkə, oba mənasnı daşıyır. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, ərəb dilində "qabustan" – müqqəddəs yer sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" – Allaha yaxın, "stan" isə məkan mənasını verir.
9-cu yer - Xızı rayonu
Əhalisi 20 min nəfərdən çoxdur. Xızıda hər min nəfərdən 1,2-si boşanır. Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 kilometrdir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. İri Meşəlik ərazilərə malik olduğu rayonlardandır. Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar təşkil edir. Xızı sözünun etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasaniİər imperiyasından qaldığını güman edirlər.
8-ci yerdə Abşeron rayonu gəlir.
Əhalisi yarım milyondan yuxarıdır. Ancaq boşanma nisbəti çox aşağıdır. Burada hər min nəfərdən 1,2-si boşanır. Abşeron sözünün fars dilində - ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyi bildirilir. Şərqdən Bakı şəhəri ilə qonşudur. Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad,Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül və Novxanı) var.
7-ci yer - Quba
Azərbaycanın ərazisinə görə ən böyük rayonu Quba siyahımızda 7-ci yerdədir. Əhalisi 170 min nəfərdən yuxarıdır. Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakıdan 168 kilometr aralıda yerləşir. Əhalisini azərbaycanlılar, tatlar, ləzgilər, ruslar, qrızlar, xınalıqlılar təşkil edir. Məhəmməd peyğəmbərin Mədinə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır.
6-cı yerdə Biləsuvar rayonu gəlir.
Əhalisi 110 min nəfərdən yuxarıdır. Burada hər min nəfərdən 1,1-i boşanır. Bu da çox aşağı göstəricidir. Məlumata görə, Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırıb və şəhər də öz adını ondan alıb. Aran iqtisadi rayonunda yerləşən Biləsuvar 1 şəhər və 25 kənddən ibarətdir. İri yaşayış məntəqələri Biləsuvar şəhəri, Xırmandalı, Bəydili və İsmətli kəndləridir.Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda əkinçilik, heyvandarlıq və quşçuluq geniş inkişaf edib.
5-ci yer - İsmayıllı rayonu
Azərbaycanda ərazisinə görə 4-cü rayonu İsmayıllı siyahıda 4-cüdür. Mərkəzi İsmayıllı şəhəridir. Tərkibinə 1 şəhər, 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 105 kənd daxildir. Əhalisi 90 min nəfərdən yuxarıdır. Rayonda hər min nəfərdən 1-i boşanır. İnzibati rayon ərazisinin əhalisi əsasən, türklər, ləzgilər, ruslar və tatlardan ibarətdir. Əhalinin əksəriyyəti Azərbaycan türkləridir. İsmayıllı havası təmiz, çox turist gedən rayonlar siyahısındadır.
4-cü yerdə Gədəbəy rayonu gəlir.
Əhalisi 100 min nəfərdən yuxarıdır. Rayonda hər min nəfərdən 1-i boşanır. Bir ehtimala əsasən, "Gədəbəy" adı vaxtilə buralarda yaşayan Gədəbəy adlı şəxsin adından gəlir. Başqa bir ehtimala görə isə, toponim qədim türk dillərindəki "ket", "gedik" (təpə) və "bək" (keşikçi, gözətçi) sözlərindən düzəlib, "müşahidə məntəqəsi", "keşikçi məntəqəsi" mənasındadır. Bakı ilə arasında məsafə 444 kilometrdir. Təbiəti, səfalı, görməli yerləri ilə məşhurdur.
3-cü yer - Cəlilabad rayonu
Siyahıda 3-cü yeri Cəlilabad rayonu tutur. Əhalisi 230 min nəfərdən yuxarıdır. Boşanma nisbəti çox azdır. Burada hər min nəfərdən 1-i boşanır. Azərbaycanın qədim yaşayış məskənlərindəndir.Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Ən böyük yaşayış məntəqələri Alar, Günəşli, Üçtəpə, Uzuntəpə kəndləridir. Rayonda 2 şəhər 118 kənd var.
2-ci yerdə Sabirabad rayonu gəlir.
Həmçinin oxuyun
23:53 / 07 Mart 2026
32
23:28 / 07 Mart 2026
100
23:18 / 07 Mart 2026
369
23:16 / 07 Mart 2026
33
23:13 / 07 Mart 2026
37
23:10 / 07 Mart 2026
45
23:07 / 07 Mart 2026
72
23:01 / 07 Mart 2026
87
22:57 / 07 Mart 2026
61
22:55 / 07 Mart 2026
55
22:51 / 07 Mart 2026
1333
22:49 / 07 Mart 2026
52
22:48 / 07 Mart 2026
60
22:30 / 07 Mart 2026
83
22:14 / 07 Mart 2026
49
21:57 / 07 Mart 2026
48
21:00 / 07 Mart 2026
79
20:42 / 07 Mart 2026
89
20:20 / 07 Mart 2026
69
20:13 / 07 Mart 2026
93
20:05 / 07 Mart 2026
101
19:47 / 07 Mart 2026
89
19:35 / 07 Mart 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.