Yeni detallar:Əməliyyatı DTX keçirir: Dünya çempionu qaçdı
24 Oktyabr 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
303
14.08.2026, 11:59
Ögey qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxsə açılmış cinayət işi üzrə proses başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı rayon sakini 1988-ci il təvəllüdlü Sübhan Səfərova (ad və soyadlar şərtidir) hökm oxunub.
Bildirilib ki, S.Səfərov ailəsi ilə Ağdamdan məcburi köçkün düşdükdən sonra Saatlıda məskunlaşıb. Əvvəllər narkotiklə bağlı cinayətə görə məhkum edilmiş şəxs ötən il Ucar rayonundan olan Əsmayə adlı qadınla qeyri-rəsmi nikah bağlayıb və birgə yaşamağa başlayıblar. Həmin qadın Saatlıya köçərkən birinci nikahdan doğulmuş 2011-ci il təvəllüdlü qızını da özü ilə gətirib. Bir müddət sonra isə Sübhan Səfərovun yaşadığı evdə Əsmayənin qızına seksual xarakterli hərəkətlər etməsinin üstü açılıb və onun barəsində cinayət işi başlanılıb. Yeniyetmə qızı dayısı Sübhanın evindən aparıb.
Məhkəmədə təqsirləndirilən şəxs ögey qızına qarşı cinayət törətmədiyini deyib. Lakin onun ibtidai istintaqa verdiyi etirafedici ifadəsi elan edilib.
Hökmə əsasən, S.Səfərov Cinayət Məcəlləsinin 152.2-1.1-ci maddəsi ilə təqsirli bilinib. O, 11 il həbs cəzasına məhkum olunub.
23:16 / 24 Oktyabr 2026
64
22:52 / 24 Oktyabr 2026
59
22:34 / 24 Oktyabr 2026
72
22:14 / 24 Oktyabr 2026
69
22:05 / 24 Oktyabr 2026
228
21:42 / 24 Oktyabr 2026
1162
21:28 / 24 Oktyabr 2026
79
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
80
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
768
20:12 / 24 Oktyabr 2026
88
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
119
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
100
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
351
18:13 / 24 Oktyabr 2026
452
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.