Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
27 Oktyabr 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1233
11.08.2026, 19:12
Bakıda bir il əvvəl itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub.
Oxu24.com xəbər verir ki,bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.
İbtidai istintaq zamanı toplanmış sübutlarla 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Veniaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurması, nəticədə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və həmin xəsarətlər nəticəsində sonuncunun ölməsi, daha sonra isə meyiti yaşadıqları fərdi yaşayış evinin həyətində basdırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İş üzrə icra olunan prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə Timofeyeva Lyudmila Veniaminovnanın yaşadığı ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və toplanmış ilin sübutlar əsasında Elnur Məmmədov qeyd oluna maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.
00:25 / 28 Oktyabr 2026
36
00:10 / 28 Oktyabr 2026
267
23:47 / 27 Oktyabr 2026
72
23:45 / 27 Oktyabr 2026
62
23:34 / 27 Oktyabr 2026
70
23:19 / 27 Oktyabr 2026
85
23:04 / 27 Oktyabr 2026
186
22:48 / 27 Oktyabr 2026
78
22:46 / 27 Oktyabr 2026
99
22:44 / 27 Oktyabr 2026
77
22:41 / 27 Oktyabr 2026
78
22:39 / 27 Oktyabr 2026
217
22:37 / 27 Oktyabr 2026
81
22:24 / 27 Oktyabr 2026
93
22:21 / 27 Oktyabr 2026
78
22:03 / 27 Oktyabr 2026
350
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
82
21:33 / 27 Oktyabr 2026
717
21:14 / 27 Oktyabr 2026
492
21:09 / 27 Oktyabr 2026
89
21:01 / 27 Oktyabr 2026
81
20:59 / 27 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.