Gələn il maaşlar nə qədər artacaq?
27 Oktyabr 2026, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
27.10.2026, 22:21
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Oxu24.com bildirir ki ,Avtosfer.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir. Hazırki qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.
Qeyd edək ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər əlli manat cərimə ediləcək.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ hələ müzakirə mərhələsindədir.
"Ümid edirəm ki, Milli Məclis qanunu yarımçıq deyil, tam və hərtərəfli şəkildə qəbul edəcək. Çünki burada diqqətlə nəzərdən keçirilməli bir sıra incə məqamlar var.
Məsələyə yalnız mobil telefon çərçivəsində yanaşmaq düzgün deyil. Çünki telefon funksiyasını yerinə yetirən müxtəlif cihazlar, o cümlədən planşetlər, notbuklar və digər texniki vasitələr mövcuddur. Ona görə də qanunda bu məsələ ümumiləşdirilmiş şəkildə ifadə edilməli, mobil telefon funksiyasına malik digər texniki vasitələr və cihazlar da nəzərə alınmalıdır. Əks halda, sürücü əlində mobil telefon tutduğuna görə cərimələnə bilər, lakin başqa bir sürücü eyni məqsədlə planşetdən və ya oxşar funksiyaya malik digər cihazdan istifadə etdikdə məsuliyyətdən yayınmağa çalışa bilər. Məsələn, mən “WhatsApp” və ya “Messenger” vasitəsilə danışa, yaxud planşetdə “TikTok”dan istifadə edə bilərəm. Belə olan halda qanun bu halları necə tənzimləyəcək?
Bu kimi qeyri-müəyyənliklər məhkəmələrdə də mübahisələrə səbəb ola bilər. Ona görə, hesab edirəm ki, Milli Məclis bu qanunu qəbul etməzdən əvvəl məsələni ətraflı şəkildə araşdırmalı və müzakirə etməlidir. Ölkədə kifayət qədər peşəkar hüquqşünaslar və mütəxəssislər var. Onların iştirakı ilə geniş müzakirələr aparılmalı və daha mükəmməl, hüquqi baxımdan əsaslandırılmış qanun qəbul edilməlidir.
Ümumilikdə isə hesab edirəm ki, sükan arxasında mobil telefondan istifadə ilə bağlı məhdudiyyətlərin tətbiqi zəruridir. Telefon istifadəsi səbəbindən qəzaya düşən və qəza törədən sürücülərin sayı az deyil. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər bu vərdişdən əl çəkmirlər. Mobil telefon sürücünün diqqətini yayındıran və yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradan vasitədir. Buna görə də bu cür halların qarşısını almaq üçün təsirli və çəkindirici mexanizmlər tətbiq edilməlidir. Sürücülər başa düşməlidirlər ki, sükan arxasında telefon istifadəsi təhlükəlidir və buna haqq qazandırmaq olmaz. Evdən, qonşudan zəng gəlməsi və ya başqa zəruri səbəblərin olması qayda pozuntusuna bəraət qazandırmamalıdır.
Lakin qanunvericilikdə hər hansı boşluğun qalmasına da yol verilməməlidir. Hazırda yol-patrul xidməti əməkdaşları ilə ünsiyyətdəyəm və onların danışdıqlarından belə məlum olur ki, bəzi sürücülər var ki, yol polisi əməkdaşları onları artıq tanıyırlar. Belə sürücülər telefonla danışarkən görülsələr belə, bəzən saxlanılmırlar. Bunun səbəbi isə həmin şəxslərin sonradan əməkdaşları əsassız şəkildə ittiham etməsi, şikayət verməsi və sübut olmadığını iddia etməsidir. Belə bir vəziyyətdə sürücü deyə bilər ki, telefonla danışmırdı, sadəcə cihazı əlində tutmuşdu. Bəs bu halda qayda pozuntusu necə müəyyən ediləcək və məsuliyyət necə tətbiq olunacaq?”
Ekspert vurğulayıb ki, bütün bunları nəzərə alaraq, məsələ ciddi şəkildə müzakirə edilməli və bütün mümkün halların detallı araşdırılması təmin edilməlidir.
“Əsas məqsəd yarımçıq qanun qəbul etmək deyil, həm yol hərəkəti təhlükəsizliyini təmin edən, həm də sui-istifadə hallarının qarşısını alan hüquqi mexanizm yaratmaqdır.
Artıq dünyanın bir çox ölkəsində sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı ciddi tədbirlər görülür və mübarizə mexanizmləri tətbiq olunur. Azərbaycanda da elə bir sistem yaradılmalıdır ki, sürücülər bu təhlükəli vərdişdən uzaqlaşsınlar. Eyni zamanda, qanunvericilikdəki boşluqlardan kimlərinsə əsassız şikayətlərindən və ya məsuliyyətdən yayınmasından ötrü istifadə edilməsinə imkan verilməməlidir. Əks halda, mübahisələr artacaq və kameralar vasitəsilə aşkar edilən bəzi qayda pozuntularının cəzasız qalması ehtimalı yaranacaq. Halbuki hər kəs törətdiyi qayda pozuntusuna görə məsuliyyət daşımalı və qanunla müəyyən edilmiş cəzanı almalıdır".
23:04 / 27 Oktyabr 2026
7
22:48 / 27 Oktyabr 2026
40
22:46 / 27 Oktyabr 2026
31
22:44 / 27 Oktyabr 2026
45
22:41 / 27 Oktyabr 2026
48
22:39 / 27 Oktyabr 2026
146
22:37 / 27 Oktyabr 2026
53
22:24 / 27 Oktyabr 2026
75
22:03 / 27 Oktyabr 2026
252
21:55 / 27 Oktyabr 2026
72
21:46 / 27 Oktyabr 2026
71
21:33 / 27 Oktyabr 2026
537
21:14 / 27 Oktyabr 2026
383
21:09 / 27 Oktyabr 2026
81
21:01 / 27 Oktyabr 2026
75
20:59 / 27 Oktyabr 2026
111
20:40 / 27 Oktyabr 2026
462
20:35 / 27 Oktyabr 2026
129
20:35 / 27 Oktyabr 2026
85
20:27 / 27 Oktyabr 2026
104
20:13 / 27 Oktyabr 2026
80
19:57 / 27 Oktyabr 2026
109
19:39 / 27 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.