Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu
12 Sentyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
556
06.07.2026, 15:53
Həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Səbuhi Rəcəbə əvvəlki cəzası da hesablanaraq qəti olaraq 8 il 2 ay müdətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.
İttihama görə, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.
Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb.
Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.
İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş.
Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə
İ.Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək.
Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər.
Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.