Bakıda 19 min manatlıq oğurluq edilib - Həbs olunanlar VAR
18 İyun 2026, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
107
18.06.2026, 11:51
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəməsi davam etdirilib.
Oxu24.com xəbər verir ki,, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkili Hikmət Əliyev hakimə etiraz edib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Belə ki, Hikmət Əliyevin etirazı qəbil edilməyib.
Vəkil Hikmət Əliyev artıq bundan sonra vəsatətlər verib.
O, əvvəlcə istintaq eksprementinin keçirilməsi ilə bağlı vəsatət verib. Vəkil bildirib ki, avtomobillər arasında hündürlük baxımından fərqlilik var. Belə ki, qarşı tərəfin avtomobilində ağ rəng Arzumun avtomobilinin rəng ləkəsi deyil.
Daha sonra məhkəmə istintaqının yekunlaşdırılması qərara alınıb.
Lakin təqsirləndirilən şəxsin vəkilləri buna etiraz edərək əlavə şahidlərinin olduğunu məhkəmənin vəsatət veriblər.
Vəkillərin bu vəsatətləri də təmin edilməyib və məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin yekun iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. (Unikal)
17:25 / 18 İyun 2026
1
17:08 / 18 İyun 2026
32
17:08 / 18 İyun 2026
45
16:56 / 18 İyun 2026
59
16:52 / 18 İyun 2026
68
16:41 / 18 İyun 2026
70
16:36 / 18 İyun 2026
65
16:26 / 18 İyun 2026
65
16:25 / 18 İyun 2026
73
16:22 / 18 İyun 2026
95
16:16 / 18 İyun 2026
68
16:11 / 18 İyun 2026
75
16:08 / 18 İyun 2026
90
16:06 / 18 İyun 2026
352
16:04 / 18 İyun 2026
116
15:56 / 18 İyun 2026
69
15:31 / 18 İyun 2026
95
15:30 / 18 İyun 2026
84
15:23 / 18 İyun 2026
71
15:20 / 18 İyun 2026
840
15:14 / 18 İyun 2026
108
15:03 / 18 İyun 2026
84
15:01 / 18 İyun 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.