Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO 

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO 

KRİMİNAL

75

01.05.2026, 11:11

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

 

 DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com- a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

 

Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

 

Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.