Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
547
02.04.2026, 15:42
Bakı–Quba yolunda qəza baş verib.
Oxu24.com DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb: "İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.
Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir".
DYP bir daha sürücülərə və sərnişinlərə müraciət edərək sükan arxasına əyləşdikləri ilk andan etibarən təhlükəsizlik kəmərini taxmağı tövsiyə edib: "Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın. Çünki qaydalar insan həyatını qorumaq üçün var".
18:58 / 12 Noyabr 2026
1
18:50 / 12 Noyabr 2026
37
18:42 / 12 Noyabr 2026
286
18:40 / 12 Noyabr 2026
46
18:32 / 12 Noyabr 2026
196
18:28 / 12 Noyabr 2026
56
18:26 / 12 Noyabr 2026
76
18:16 / 12 Noyabr 2026
89
18:15 / 12 Noyabr 2026
78
18:07 / 12 Noyabr 2026
84
17:53 / 12 Noyabr 2026
83
17:19 / 12 Noyabr 2026
97
16:25 / 12 Noyabr 2026
104
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
120
15:36 / 12 Noyabr 2026
541
15:15 / 12 Noyabr 2026
193
15:12 / 12 Noyabr 2026
116
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
527
13:59 / 12 Noyabr 2026
409
13:55 / 12 Noyabr 2026
133
13:45 / 12 Noyabr 2026
265
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.