TƏCİLİ: İllərdir axtarışda olan azərbaycanlı SAXLANILDI - ŞOK ƏMƏLİYYAT - FOTO
10 İyun 2026, 20:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1515
13.03.2026, 15:38
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.
Müəyyən olunub ki, M. Atakişiyev “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib.
Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir", DİN-dən bildirilib.
20:45 / 10 İyun 2026
8
20:41 / 10 İyun 2026
15
20:27 / 10 İyun 2026
41
20:16 / 10 İyun 2026
49
20:02 / 10 İyun 2026
56
19:54 / 10 İyun 2026
88
19:36 / 10 İyun 2026
97
19:28 / 10 İyun 2026
74
19:15 / 10 İyun 2026
123
18:49 / 10 İyun 2026
68
18:37 / 10 İyun 2026
123
18:08 / 10 İyun 2026
95
17:57 / 10 İyun 2026
122
17:35 / 10 İyun 2026
101
17:07 / 10 İyun 2026
99
16:36 / 10 İyun 2026
2225
16:30 / 10 İyun 2026
123
16:30 / 10 İyun 2026
142
16:26 / 10 İyun 2026
93
16:25 / 10 İyun 2026
114
16:20 / 10 İyun 2026
95
16:16 / 10 İyun 2026
218
16:14 / 10 İyun 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.