Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
747
03.03.2026, 14:42
“TikTok”da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Hər iki şəxsin çılpaq görüntülərinin sosial şəbəkədə yayılması, həmçinin A.Əskərlinin yaydığı videoda qeyri-etik ifadələr işlətdiyi qeyd edilib.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu və Yasamal Rayon Məhkəmələrinə təqdim edilib.
A.Bayramova bildirib ki, həmin görüntüləri 2024-cü ildə Qubada olarkən sevgilisinə göndərmək üçün çəkib və sosial şəbəkələrdə özü paylaşmayıb.
A.Əskərli isə əvvəllər də oxşar əməllərə görə inzibati məsuliyyətə cəlb edildiyini deyib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə A.Bayramova 15, Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarla isə A.Əskərli 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.